Kiçik və orta sahibkarlıq göz görə-görə məhv edilir - NƏ ETMƏLİ?

Kiçik və orta sahibkarlıq göz görə-görə məhv edilir
Kiçik və orta sahibkarlıq göz görə-görə məhv edilir. Halbuki iqtisadi stabillik və inkişaf bu kəsimin çiyinləri üzərində dayanır. Azərbaycanda isə bir yandan böyük məmurlar və onlara bağlı müəssisələr, digər yandan isə getdikcə göbələk kimi artan dələduzlar çetesi rəsmən kiçik və orta sahibkarların qanını əmir, onları iflasa sürükləyirlər. Və bu mərkli siyasətlərində hansısa mötəbər şəxslərin adından istifadə edirlər. Beləliklə də ölkənin iqtisadi inkişafını və təhlükəsizliyini sual altında qoyurlar.
Açığı, hesab etmirəm ki, bütün bunlar sadəcə kimlərinsə fərdi tamahlarından irəli gəlir. Böyük ehtimalla, iş dünyasının iflic vəziyyətə gətirilməsi siyasəti məqsədli şəkildə aparılır, əsas məqsəd isə sahibkarların dövlətə inamını sarsıdaraq ölkədən kapital axınını sürətləndirmək və orta sinifi tamamilə ortadan qaldıraraq cəmiyyətimizi aclar üsyanına hazırlamaqdır.
Dövlətin iqtisadi və dolayısıyla siyasi təhlükəsizliyini təhdid edən bu kimi hallara qarşı amansız mübarizə aparılmalıdır və mən də öz qələmimlə bu mübarizəyə mütəvazi töhfələr vermək istəyirəm.
Hazırda bir neçə dələduzluq çetesinin izinə düşmüşəm. İnşallah, yaxın günlərdə bu barədə ilk araşdırmalarımı inkarolunmaz dəlillər və sənədlərlə paylaşacağam. Ümid edirəm ki, ölkəmizin siyasi iradəsi milli maraqları nəzərə alıb mənim bu təşəbbüsümü dəstəkləyəcək və məni gözlənilən hücumlardan qoruyacaq.

Müəllif: Heydər OĞUZ

Təqdim etdi: Siam.az
Tarix: 27-11-2023, 16:09
Xəbəri paylaş





Xəbər lenti