Təhsil Nazirliyindən 6 milyonluq iki tender – QALİBLƏR, MƏBLƏĞLƏR

Təhsil Nazirliyindən 6 milyonluq iki tender
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi 2 tenderə yekun vurub.

FED.az xəbər verir ki, “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması” tenderinin qalibi “Meqaplus” firması olub.

Qalib şirkətə 2 792 473 manat ödəniləcək.

“Respublikanın bir sıra təhsil müəssisələrinin təmir və kommmunal-kommunikasiya işlərinin satınalınması” tenderinin qalibi “Ülvi İnşaat” MMC olub.

Qalib şirkətə 3 254 685 manat ödəniləcək.
Tarix: 27-11-2023, 17:13
Xəbəri paylaş





Xəbər lenti