Dövlət qurumu 1,4 milyonluq texnika satın aldı – TENDER NƏTİCƏSİ

Dövlət qurumu 1,4 milyonluq texnika satın aldı
“Təmiz Şəhər” ASC “Şuşa şəhərində bərk məişət tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə texnikaların satınalınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Hayat Motors” MMC olub.
Qalib şirkətə 1 433 818 manat ödəniləcək.

Bu qiymətə daxildir hər birində 2 ədəd olmaqla buldozer (tırtırlı) və tullantı daşıyan xüsüsi texnika (preslə işləyən), hər birindən 1 ədəd olmaqla hook lift, avtobus, manipulyator, avto səbət və yolsuzluq avtomobili.
Tarix: 1-12-2023, 23:15
Xəbəri paylaş





Xəbər lenti