“İqtisadiyyatı “dubinka” ilə idarə etmək mümkün deyil”


“Hörmətli qalstuklu müəllimlər, bir çox məsələləri “dubinka” ilə həll edə, sakitçiliyi, pvesdo-sabitliyi müvəqqəti olaraq “dubinka” ilə təmin edə bilərsiniz, amma iqtisadiyyatı “dubinka” ilə idarə etmək mümkün deyil”.
Yeniavaz.com 
xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.
“Məmləkətin iqtisadi vəziyyəti ağırlaşır, bu problemin həll yolu isə qapanmaqdan deyil də, hüquqi dövlət olmaqdan, investisiyalara qucaq açmaqdan keçir. “Dubinka” dayanıqlı və uğurlu həll yolu deyil, əsl sabitlik orta sinfin sayının artması, əhalinin rifah halının yüksəlməsi ilə mümkün ola bilər.
Bitməkdə olan ilin nəticələrinə görə Cənubi Qafqazda adambaşına düşən ÜDM-ə görə sonuncu yerə yuvarlanırıq – doğrudur, hələ ki, fərq çox azdır, amma artıq bizim əleyhimizə ara açılır”, - iqtisadçı bildirib.
Tarix: 5-12-2023, 21:11
Xəbəri paylaş





Xəbər lenti