Gömrük Komitəsi “Giləzi-quşçuluq” MMC-yə cərimə yazdı


“Giləzi-quşçuluq” MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazıb.
 
İş Xızı Rayon Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır.
Tarix: 11-12-2023, 17:38
Xəbəri paylaş





Xəbər lenti