“Mega Textil” bu quruma 1,3 milyon dəyərində geyim və çəkmələr satdı – TENDER NƏTİCƏSİ

“Mega Textil” bu quruma 1,3 milyon dəyərində geyim və çəkmələr satdı
Dövlət Sərhəd Xidməti “Səhra geyimləri və çəkmələr” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Mega Textil” MMC olub.

Qalib şirkətə 1 306 826 manat ödəniləcək.

Bu qiymətə aşağıdaki geyimlər daxildir :

3 000 dəst kamfulyaj parçadan yay gödəkcəsi, yay şalvarı və furajka (dəniz dalğası rəngli)

3 000 dəst kamfulyaj parçadan qış gödəkcəsi, qış şalvarı və furajka (dəniz dalğası rəngli)

3 000 dəst kamuflyaj parçadan istiləşdirilmiş qış gödəkcəsi (dəniz dalğası rəngli)

3 000 cüt qara rəngli uzunboğaz çəkmə

4 000 cüt uzunboğaz çəkmə (taktiki, xüsusi əməliyyatlar üçün)

160 cüt uzunboğaz çəkmə (fəxri qarovul heyəti üçün)

3 000 ədəd növbətçi nişanı (qol sarğısı)
Tarix: 14-12-2023, 23:10
Xəbəri paylaş





Xəbər lenti