Təhsil Nazirliyi 4,7 milyon dəyərində 2 tenderin nəticələrini açıqladı – QALİBLƏR, MƏBLƏĞLƏR

Təhsil Nazirliyi 4,7 milyon dəyərində 2 tenderin nəticələrini açıqladı
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2 tenderə yekun vurub.
“Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması” tenderinin qalibi “Fərid” firması olub.

Qalib şirkətə 1 826 877 manat ödəniləcək.

***

“Respublikanın bir sıra təhsil müəssisələrinin qazanxanalarına qaz xətlərinin çəkilməsi və sayğaçlarının quraşdırılmasının satınalınması” tenderinin qalibi “Enermus” QSC olub.

Qalib şirkətə 2 970 298 manat ödəniləcək.

***

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Tarix: 16-12-2023, 09:29
Xəbəri paylaş





Xəbər lenti