"Garant Holding" xaricə pul çıxarmaya görə CƏRİMƏLƏNİR


“Garant Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
 
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Tarix: 23-12-2023, 15:01
Xəbəri paylaş





Xəbər lenti