“Azdağmədənistismar”ı cərimə gözləyir



“Azdağmədənistismar” ASC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun israatındadır. Baxış iclası dekabrın 27-də keçiriləcək.
Tarix: 25-12-2023, 09:15
Xəbəri paylaş





Xəbər lenti