Məhkəmə "Optimal Elektronika"ya qarşı qərar çıxardı


Bakı Kommersiya Məhkəməsində "Xəzər Trade” MMC-nin "Optimal Elektronika" MMC-yə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, iddia təmin edilib.
 
Qeyd: "Xəzər Trade” MMC "Optimal Elektronika" MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Tarix: 28-12-2023, 10:36
Xəbəri paylaş





Xəbər lenti