Nazirlik mənzillərin alınmasını fiziki şəxsə və bu şirkətə həvalə etdi - QALİBLƏR

Nazirlik mənzillərin alınmasını fiziki şəxsə və bu şirkətə həvalə etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti tenderə yekun vurub.

FED.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilən açıq tenderdə Ağsu rayonu üzrə qiymət təklifi verən fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoy və Göygöl rayonu üzrə qiymət təklifi verən Avanqard İnşaat Mənzil Tikinti Kooperativi qalib olub.

Qaliblərlə müvafiq satınalma müqavilələri bağlanıb.
Tarix: 30-12-2023, 14:57
Xəbəri paylaş





Xəbər lenti