QHT-lər saxta medalı pulla satır, məmur da onu alıb döşünə taxır - FAKT BUDUR!

QHT-lər saxta medalı pulla satır, məmur da onu alıb döşünə taxır
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir sıra QHT-lərin özfəaliyyətindən narazılıq edib. Agentliyin məlumatında bildirilib ki, bəzi QHT-lər özlərindən orden və medallar təsis edib və şəhid ailələrinin üzvlərini, vəzifəli şəxsləri, dövlət məmurlarını təltif edirlər.

QHT Agentliyi bu cür "əməllər"lə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə çağırıb.

Mövzu ilə bağlı Modern.az-a danışan Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu bildirib ki, medalı, ordeni vətəndaşa dövlət adından rəsmi qurum verə bilər, hansısa QHT yox. Onun sözlərinə görə, doğrudan da bəzi QHT-lər "orden-medal" satışı ilə məşğuldur:

“Qarabağ Qaziləri İctimai Birliyinin mərhum sədri Etimad Əsədov hələ illər öncə buna etiraz etmişdi. 1992-ci ildə yaradılan, böyük təcrübəsi olan, bir çox layihələrdə iştiak edən təşkilatımız hər zaman belə "işlər"in əleyhinə olub. Şəhidi, qazini, veteranı dövlət təltif edər, QHT-lər yox. Ən acınacaqlısı isə bu "təltiflər"in pulla satılmasıdır. Bu sadəcə ayıbdır, biz bunu edənlərə dəfələrlə etirazımızı bildirmişik. Təəssüflər olsun ki, bunun ayıb olduğunu həmin QHT-lərin rəhbərləri başa düşmürlər. Hansıa rəisə, nazirə "medal" verirlər. Yaxşı bunu QHT-lər verirlər, bəs qəbul edənlərin səviyyəsi, abırı hardadır? Başa düşmürlərmi ki, bunlar saxta "orden-medallar"dır”.

Qarabağ qazisinin sözlərinə görə, bəzən QHT-lər dövlətin medalının eynisini - oxşarını hazırlayır:

“Bu hərəkətlər olaraq yolverilməzdir. Düzdür QHT-lərin daxilində belə məsələlər var. Mən hesab edirəm ki, QHT Agentliyi bu məsələyə etiraz etməkdə hələ bir qədər gecikib, bunu çoxdan etməliydilər. İnanın ki, həmin "orden-medal"ı alanların çoxu heç onun nə olduğunu bilmir. Alıb döşlərinə taxır, tədbirlərdə nümayiş etdirilər. Savadsızları başa düşdük, bəs məmurlara nə olub?”, - müsahibimiz bildirib.
Tarix: 6-09-2024, 16:10
Xəbəri paylaş





Xəbər lenti