Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?
Son vaxtlar “Zəfəran” apteklər şəbəkəsinin Bakıda filiallarının açılışı səngiyib."
DogruXeber.az"ın News24.az-dan əldə etdiyi məlumata görə, artıq bu şəbəkənin filialları Naxçıvanda da açılacaq. Bəzi iddialara görə, Naxçıvanda apteklərin fəaliyyəti, Muxtar Respublikanın dərmanla təchizatı hazırda dərman bazarında ciddi payı olan “Azerimed” farmakoloji şirkətin, Zəfəran və Kanon apteklər şəbəkəsinin sahibi olduğu deyilən Milli Məclisin deputatı Kəmaləddin Qafarovun rəhbərliyi altında reallaşacaq.
Məsələ ilə bağlı millət vəkili Kəmaləddin Qafarovla bir həftə ərzində əlaqə saxlamağa çalışsaq da, onun bu barədə mövqeyini ala bilmədik.
Xatırladaq ki, “Zəfəran” apteklər şəbəkəsi Bakı şəhərində və ölkənin regionlarında apteklərin sayını aktiv surətdə genişləndirir. Aptekdə müalicə dərmanları ilə yanaşı, həmçinin parafarmasevtik və kosmetik malların geniş assortimenti təqdim olunur.
Qeyd edək ki, “Zəfəran” 2008-ci il dekabr ayında əsası qoyulmuş Bakı şəhəri və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir.
Tarix: 1-05-2024, 14:24