Aldığınız Qidaların Üzərində Bu İşarə Varsa DİQQƏT! Xərçəng Yaradır

Aldığınız Qidaların Üzərində Bu İşarə Varsa DİQQƏT! Xərçəng Yaradır
Demək olar ki, hər gün alış-veriş edirik, amma bir çoxumuz qablaşdırılmış qidaların etiketlərinə baxmırıq, ya da nə demək istədiyini anlamırıq. Aldığımız qablaşdırılmış qidaların üzərində “istehlakçı simvolları” kimi tanınan bir sıra işarələr var. Bunlar istehlakçıların məlumatlılığını artırmaq və həmin məhsul haqqında məlumat vermək üçün hazırlanır. Bu işarələrdən biri də son zamanlar sosial mediada tez-tez rast gəlinən “Radura” işarəsidir. Radura işarəsi yaşıl və yarpağa bənzər simvolu ilə bir çoxumuz tərəfindən sağlam işarə kimi qəbul edilir. Ancaq əslində radura işarəsi məhsulun şüalandığını vurğulayır. Başqa sözlə, qablaşdırmada olan məhsulun rəf ömrünü uzatmaq üçün radiasiyaya məruz qaldığını, yəni şüalanmanın edildiyini göstərir. Bəs şüalanma prosesini ifadə edən bu işarə ilə qidaların istehlakı sağlamlığımız üçün zərərlidirmi? Şüalanma hansı qidalara tətbiq olunur? Evdar.az bu kimi sualların cavabını apardığı araşdırmada təqdim edir.

Qida Şüalanması Nə Deməkdir?

Bu üsul təzə meyvə və tərəvəzlər, ədviyyatlar və paxlalılar kimi əsas qidaların rəf ömrünü uzatmaq üçün istifadə olunur. Bu o deməkdir ki, qidalar ionlaşdırıcı şüalanmaya məruz qalır. Avropanın bir çox ölkəsi bu üsuldan istifadəni dayandırsa da, bəziləri qanuni və aktiv şəkildə fəaliyyətini davam etdirir. İkinci Dünya müharibəsi zamanı Almaniya əsgərlərə çatdırılacaq ləvazimatların bu prosesə tab gətirə bilməsini və istehlak materialı şəklində olmasını təmin etmək üçün bu üsuldan istifadə etdi. Lakin Almaniya sonradan qida şüalanma metodundan imtina etdi.

Qida radiasiyası meyvələrə zərər verə biləcək ümumi zərərvericilərə qarşı mübarizə üsulları kimi istifadə olunur. Məhsul yığımından sonra da qidanın yetişməsini gecikdirmək və cücərmənin qarşısını almaq üçün istifadə edərək məhsulun uzunömürlülüyünü artırır. Bu prosesi həyata keçirərkən nəzərə alınmalı olan həssas məsələlər və riayət edilməli bir tənzimləmə var. Çünki hər bir qidaya tətbiq oluna biləcək radiasiyanın miqdarı müxtəlif həddlər daxilindədir.

Qida Radiasiyası Hansı Qidalarda Tətbiq Olunur?

Qida şüalanması hər qidaya tətbiq edilmədiyi kimi, eyni məqsədlə də tətbiq edilmir. Qida şüalanması bu məhsullara tətbiq edilir:

Təzə meyvə və tərəvəzlərdə xarab olmasına səbəb olan mikroorqanizmləri təsirsiz hala gətirir;
Ət və balıqda protozoa (təkhüceyrəli parazitlər) və helmintləri (parazit qurdlar) zərərsizləşdirmək üçün;
Qidaların sterilizasiyasında;
Ədviyyatların və qurudulmuş tərəvəzlərin pasterizasiyası və ya sterilizasiyası;
Paxlalılarda , quru meyvə və tərəvəzlərdə, ədviyyatlarda və təzə meyvələrdə zərərvericilərə qarşı mübarizə üçün;
Meyvələrdə məhsul yığımından sonra yetişmənin tənzimlənməsi üçün;
Cücərməsinin qarşısının alınmasında;
Meyvə şirələri və süd məhsullarının pasterizasiyasında;
Ət, toyuq, balıq və dəniz məhsullarının saxlama müddətinin uzadılmasında;
Ət, toyuq, dəniz məhsulları və balıqlarda patogen bakteriyaları məhv etmək üçün tətbiq edilir.
Qida Radiasiyası Xərçəngə Səbəb Olurmu?
Düzgün və uyğun dozada tətbiq olunan şüalanma insan sağlamlığına zərər vermir. Şüalanma zamanı suyun miqdarı həddindən artıq olarsa, su H2O2, yəni hidrogen peroksidə çevrilə bilər. Bu xərçəngə səbəb ola bilər. Ədviyyatlarda su az olduğu üçün problem yaratmır. Lakin şüalanma zamanı toyuq və ət kimi məhsullar dondurulmalıdır.

Alınan Məhsulun Radiasiyaya Məruz Qaldığını Necə Müəyyən Etmək Olar?

Əslində edilməli olan tək şey qablaşdırmanın üzərindəki markaları yoxlamaq və etiketi oxumaqdır. Radiasiyaya məruz qalan qidalar vitamin və minerallar baxımından zəifləyir. Bu səbəbdən məhsulun saxlama müddəti uzadılsa da, əslində özü ilə bir çox sağlamlıq problemlərini də gətirir. Ona görə də məhsul alarkən ona şüurlu şəkildə yanaşmalı, üzərindəki işarələrin mənasını araşdırmalıyıq. Bu narahatlıqlara görə, ilk seçim orqanik və kənd istehsalçılardan olmalıdır.
Tarix: 2-05-2024, 07:37
Xəbəri paylaş





Xəbər lenti