"...MÜNAQİŞƏNİ ÖZÜMÜZÜN HƏLL ETMƏYƏ İXTİYARIMIZ YOXDUR" - AÇIQLAMA

"...MÜNAQİŞƏNİ ÖZÜMÜZÜN HƏLL ETMƏYƏ İXTİYARIMIZ YOXDUR" - AÇIQLAMA
"Rusiya xarici işlər naziri Sergey Lavrovun son mətbuat konfransında dedikləri Rusiyanın Ermənistanı dəstəklədiyini bir daha göz önünə sərdi”.

Bunu Sherg.az-a Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə dair təkliflərə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiyanın bu mövqeyi Azərbaycana da bəllidir:


"Rəsmi Moskva işğalçı dövləti silahlandırdığını, hər şəkildə müdafiə etdiyini heç gizlətmir də. S. Lavrovun dediklərindən belə çıxdı ki, günahkar Azərbaycandır, sanki Dağlıq Qarabağ münaqişəsini özümüzün həll etməyə ixtiyarımız yoxdur. Bundan sonra Rusiya XİN başçısı ermənistanlı həmkarını Moskvaya çağırdı. Ardınca isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu görüşə dəvət etdi. Nazir bununla balansı pozmamaq görüntüsü yaratmağa çalışırdı. Bilirdim ki, bu görüşlərdə nəticə olmayacaq.

Amma düşündüm ki, Moskvanın heç olmasa Ermənistan hakimiyyətinə təsir imkanları böyükdür, bəlkə əsgərimizin nəşinin geri qaytarılmasında nə isə edə bilər. Heç bu da baş vermədi və E. Məmmədyarovun qətərli həmkarı ilə keçirdiyi mətbuat konfransında açıqlamasından aydın oldu ki, o S. Lavrovla görüşdən narazı qayıdıb. Adətən, belə görüşlərdən sonra Azərbaycan rəsmiləri narazılıqlarını gizlətməyə çalışırlar. Amma artıq Məmmədyarovun bəyanatındakı işartılarından hiss olunur ki, üçtərəfli görüşdən də ciddi nəticə gözləmir. Sadəcə Rusiya yenə də regiona hakim olması, görüşləri təşkil etməsi görüntüsünü yaratmağa çalışır. Real olaraq, əgər Rusiya xarici siyasət idarəsinin başçısı Qarabağ məsələsində ədalətli mövqe tutmursa, faktiki paket həll variantına üstünlük verirsə, bu üçtərəfli görüşdən də müsbət nəticə gözləməyə dəyməz”.

Aysel Aslan
Tarix: 1-02-2017, 23:11
Xəbəri paylaş





Xəbər lenti