Dünyanın 4 lideri var – Aleksey Muxin

Dünyanın 4 lideri var – Aleksey Muxin G20 sammiti göstərdi ki, dünya artıq təkqütblü, ABŞ isə daha dünyanın lideri deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin deyib:

“Bunu artıq ABŞ-ın tərəfdaşları belə qəbul etdi. Nəticədə “Şimal axını-2” məsələsi ilə bağlı Türkiyə-Almaniya, Almaniya-ABŞ konfliktləri qlobal xarakter daşıyacaq. Əvvəllər bu tip sammitlərin ulduzu tək ABŞ-ın eks-prezidenti Barak Obama olduğu halda, bu sammitin diqqət mərkəzində 4 ulduz – Donald Tramp, Vladimir Putin, Angela Merkel və Emmanuel Makron oldu. Sammitdə bir neçə şəxsin ulduzu parladı. Bu çox vacib bir tendensiyanın göstəricisi idi. Beləliklə, ABŞ yalnız de-yure deyil, eyni zamanda, de-fakto olaraq artıq dünyanın lideri deyil”.

Xatıladaq ki, Hamburqda keçirilən G20 sammitinin əsas gündəmi beynəlxalq terrorçuluqla mübarizə, iqtisadi tərəfdaşlıq və iqlim məsələləri olmuşdu.
Tarix: 10-07-2017, 21:59
Xəbəri paylaş





Xəbər lenti