15 iyulla bağlı plakat Türkiyəni ayağa qaldırdı, Perinçekdən “istefa” tələbi gəldi- FOTO

15 iyulla bağlı plakat Türkiyəni ayağa qaldırdı, Perinçekdən “istefa” tələbi gəldi- FOTO 15 iyul dövlət çevrilişinə cəhdin birinci ildönümünə həsr olunmuş və üzərində Türk əsgərinin fotosu əksini tapmış plakat (afişa) Türkiyəni ayağa qaldırıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, plakatda Türk əsgərinin yenilmiş, sınmış, əzilmiş formada təsviri, xüsusilə də, bir neçə il öncə başına torba keçirilmiş ABŞ əsgərinin fotosunun Türk əsgəri kimi göstərilməsi Türkiə ictimaiyyətini, siyasiləri, millət vəkillərini, partiya liderlərini bərk qəzəbləndirib, onların sərt təpkisinə səbəb olub.

İstər CXP-lilər, istər MHP-lilər AKP-lilər- Cümhurbaşqanlığı tərəfindən hazırlanan plakata qarşı kəskin etirazlarını bildirib və bunun tezliklə yığışdırılmasını tələb ediblər.
Onlar qeyd ediblər ki, bu plakat Türk əsgərinə qarşı bir hörmətsizlikdir.
“Vətən” Partiyasının genəl başqanı Doğu Perinçek isə daha sərt çıxış edib.
15 iyulla bağlı plakat Türkiyəni ayağa qaldırdı, Perinçekdən “istefa” tələbi gəldi- FOTO
O, məlum plakata görə, Türkiyə prezidenti və AKP genəl başqanı Rəcəb Tayyib Ərdoğanı istefaya səsləyib:
“Türk Ordusunu zavallı göstərənlər, Amerikanın “İkinci İsrail” planına xidmət edər. Türk Ordusu və Türk Polisi olmasa, Türkiyə nə olur? Türk asgərini zavallı göstərməyə çalışan Cümhurbaşqanlığı hansı silahlı güclə Türkiyəni yönətəcək?
Əğər o afişaları qaldırmazsa, Cümhurbaşqanı dərhal istefa etməlidir! Əğər Cümhurbaşqanı istefa etməzsə, Türk Milləti onu ilk seçimdə aşağı endirəcək.
15 iyul darbesini Türk Ordusu əzib.

Mehmetçiyi aşağılayan hər söyləm gələcəyə yönəlik bir xəyanəti içində daşıyır.
Bu afişalardan ən çox PKK ve FETÖ mutlu olur! Bu afişalar Türkiyənin divarlarına asıla bilməz”.
Kamil HƏMZƏOĞLU
Tarix: 14-07-2017, 08:58
Xəbəri paylaş





Xəbər lenti