“Azərbaycanın müəyyən dairələrində hələ də nurçu fiqurlar var...”- Siyasi analitik

“Türkiyədəki 15 iyul olayları Azərbaycan dövlətçiliyi üçün də böyük dərs oldu...” “Azərbaycanın müəyyən dairələrində hələ də nurçu fiqurlar var...”- Siyasi analitik Tanınmış siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşıyla bu dəfəki söhbətində Türkiyədəki 15 iyul hadilsələri və onun Azərbaycana təsirləri barədə maraqlı açıqlamalar verdi.

15 iyul hadisələri Türkiyəni sanki yatmış yuxudan oyandırdı- Qərbin Türkiyənin başına açacağı oyunlar üzə çıxdı. Türkiyə ilk dəfə olaraq daxildə yaranmış və xaricdən idarə olunan qüvvələri damadağın etdi. Söhbət prezidentdən getmirdi, söhbət Türkiyənin varlığından gedirdi. Vətən hissi, dövlətçilik sevgisi Türkiyənin bütün vətəndaşlarını küçələrə tökdü. Xalq Prezidentini qorumaqla dövlətçiliyini qorudu. 15 iyul hadisələrini Türkiyənin azadlıq mübarizəsi kimi qələmə vermək daha düzgün olardı, çünki 15 iyuldan sonra Türkiyə çiynindən Qərb asılılığını atdı və dövlət idarəçiliyində yuva salmış nurçulardan ölkəni təmizləməyə başladı, minlərlə nurçu məmur və hərbçilərdən ölkəni təmizlədi. Çünki hərbi çevrilişin arxasında ABŞ-ın idarə olunan nurçular, yəni FEO-çular dururdu.
“Azərbaycanın müəyyən dairələrində hələ də nurçu fiqurlar var...”- Siyasi analitik


-Məgər Ərdoğan bimirdi ki, nurçular əvvəl-axır ölkədə qarşıdurma yaradacaqlar?

-Əlbəttə ki, bilirdi. Hətta deyərdik ki, buna qarşı mübarizəyə də hazırlaşırdı. Fətullah Gülənlə toqquşandan sonra nurçuluğun mahiyyəti açılsa da, Ərdoğan birbaşa təmizləmə siyasətinə keçmədi. Əlbəttə ki, inanmırdı ki, onlar buna getsin. Bununla belə, kimin kim olduğunu yaxşı bilirdi, onlardan qorunurdu, hələ üstəlik, istədiyi dost olkəyə orada nurçuluğu yayanları göstərirdi.

-Əvvəllər Fətullah Gülənlə yaxın olan Ərdoğan birdən –birə nurçuluğa, gülənçiliyə qarşı getməyinin səbəbi nə idi?

-Ərdoğan çox yaxşı bilirdi ki, onlar Qərbdən idarə olunan “müsəlman masonluğudur”. Yəni nurçular əl-ayaq açdıqları ölkələrdə hakimiyyəti ələ keçirmək üçün dövlət idarəçiliyi sistemində yerləşdirilirlər və lazım olduqda çox asanlıqda hakimiyyəti ələ keçirə bilirlər. Çünki nurçular bir-biri ilə əlaqəli və təşkil olunmuş bir real qüvvədir. Onların bu və ya digər dövlət pilləsində yer tutması başqaları üçün tramplin rolu oynayır. Bir-birləri ilə əlaqəli olduqlarından, istənilən dövlət strukturunu paralizə edə bilirlər...
Digər tərəfdən Turkiyə-Rusiya dostluğunu istəməyən qüvvələr bi iki qüdrətli dövləti bir-birinə yaxınlaşmağa qoymurdular. 15 iyulda dövlət çevrilişinə cəhd edənlərin bir məqsədi də elə bu idi: Rusiya ilə Türkiyəni yaxınlaşmağa qoymamaq. İndi məlum olur ki, 2015-ci ilin payızında “Su-25”-i vuranlar bunu Qərbin tapşırığı ilə etmişdilər ki, Türkiyə-Rusiya müharibəsi başlasın. Ancaq Ərdoğan “MKİ polkovniki Pitersin planı ilə tanış olduqdan sonra anladı ki, söhbət Türkiyənin dağıdılmasından gedir. Rusiyanın səbirli siyasəti nəticəsində hər şey üzə çıxdı. 15 iyul- Qərbin “B” planı idi, Allaha şükür baş tutmadı...

-Hələ 15 iyul olaylarından öncə Türkiyədə Gülənçilərə qarşı başlanmış əməliyyatdan sonra Azərbaycanda da bir sıra nurçu mərkəzləri dağıdıldı, onlara aid təhsil mərkəzləri, hazırlıq kursları, KİV və s. qapadıldı. Sizcə, Azərbaycanda hələ də nurçu şəbəkənin tör-tökünüləri varmı?

-Təəssüf ki, araşdırmalar göstərir ki, Azərbaycanın müəyyən hökumət orqanlarında, QHT-lərdə, biznes, mədəniyyət və incəsənət sahələrində hələ də nurçu-FETO-çu fiqurlar var. Əlbəttə, bunu dövlət bilməmiş deyil və lazımı tədbirlər görür. Bizin üçün Türkiyə nümunə olmalıdır. Biz bilməliyik ki, bu fərdlər Qərbin oyunçularıdır, onlar Qərbə işləyirlər. Odur ki, onları dövlət idarəçiliyindən uzaq tutmalıyıq. Onlardan Türkiyə kimi uzaqlaşmasaq, bizim başımıza da belə hoqqalar gələ bilər...

Sultan Laçın
Tarix: 15-07-2017, 17:58
Xəbəri paylaş





Xəbər lenti