Mer seçkiləri olsa, müxalifət iştirak edəcəkmi?


 

REAL Partiyasının aylardır davam edən 40 min imzatoplama kampaniyası yekunlaşır. Partiya fevralın 28-də keçirəcəyi mətbuat konfransı ilə kampaniyaya son verəcək və toplanmış 40 min imza Milli Məclisə təqdim olunacaq.

REAL konstitusiyanın 96-cı maddəsini əsas götürərək, üç qanun layihəsini parlamentdə təqdim edəcək. Bu qanun layihələri Bakı merinin seçki yolu ilə seçilməsi, devalvasiyadan doğan kredit faizləri probleminin ədalətli həlli, dövlətin ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını tam ödəməsi ilə bağlıdır. Hər biri aktual olan bu layihələr içərisində ən çox müzakirələr doğuran Bakı merinin seçkilərlə müəyyən edilməsi ilə bağlı layihədir. Əksəriyyət böyük şəhər bələdiyyələri yaradılarsa və ora mer seçki yolu ilə müəyyən edilərsə, bunun önəmli olacağını düşünür.  

Ölkə müxalifətinin mer seçkiləri olarsa, iştirak edib-etməyəcəkləri ilə maraqlandıq.

ÐаÑÑинки по запÑоÑÑ Ä°qbal AÄazadÉ


Ümid Partiyasının sədri İqbal Ağazadə seçkilərdə iştirak etmək niyyətindədir:
“Əgər mer seçkiləri olarsa, iştirak edəcəm. Partiyanın namizədi də özüm olacam. Biz bunu partiyada müzakirə etmişik. Açığı inanmıram ki, mer seçkiləri təyin olunsun”.

ÐаÑÑинки по запÑоÑÑ SÉrdar CÉlaloÄlu musavat

ADP sədri Sərdar Cəlaloğlu indidən danışmağın tez olduğunu söylədi:
“Qanun qəbul olunsun, ondan sonra buna baxıb qərar verərik. Hər halda ölkədə hər hansı bir seçki olacaqsa, çalışacağıq ki, mütləq orada iştirak edək. İştirakımız ya öz namizədimizlə, ya da seçkidə iştirak edən hər hansı bir qüvvəni müdafiə etməklə olacaq. Onu da qeyd edim ki, söhbət burada bələdiyyələrin yaradılmasından getmir. Söhbət ondan gedir ki, əgər bələdiyyələrin real statusu olsa, onun böyük və ya kiçik olmasının elə də əhəmiyyəti yoxdur. Amma status olmayandan sonra heç bir əhəmiyyəti qalmır. Yerlərdə olan bələdiyyələr hamıya bəllidir ki, funksiyalarını yerinə yetirə bilmirlər. Faktiki olaraq bələdiyyələr icra hakimiyyətinin kargüzarlıq idarəsi kimi bir şeydir”.

ÐаÑÑинки по запÑоÑÑ AÄ Partiya baÅqanı Tural Abbaslı

Ağ Partiya başqanı Tural Abbaslı bu mövzuda indidən danışmağı yersiz sayır: “REAL-ı nəhayət ki, imzaları toplaması münasibətiylə təbrik edir, uğurlar arzulayıram. Ancaq, səhv etmirəmsə, imza toplayaraq qanunvericilik təşəbbüsü ilə çıxış etmək barədə hələ ki konkret prosedura qaydaları qəbul olunmayıb. Bu prosesin hansı qaydada keçəcəyini maraqla gözləyəcəm. Məncə bu məsələdə hələlik prosesləri qabaqlamaq uyğun olmazdı. Hələ REAL imzaları təqdim etsin, Milli Məclis bu məsələni komissiyalarda, daha sonra plenar iclasda müzakirə etsin, daha sonra danışarıq. Hələlik isə belə bir məsələ qətiyyən real görünmür. Odur ki, ümumiyyətlə AĞ Partiya olaraq indidən bu mövzuda danışmağı özümüz üçün yersiz hesab edirik”.

ÐаÑÑинки по запÑоÑÑ VÉtÉndaÅ vÉ Ä°nkiÅaf Partiyasının sÉdri Æli Æliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev mer seçkilərinin olacağına inanmır: “Böyük şəhər bələdiyyələrinin olması, ora seçki yolu ilə merin müəyyən edilməsi müxalifətdə olan əksəriyyətin mövqeyidir. Olarsa, müzakirə edərik. Bələdiyyələrin yaradılması, mer seçkisinin təyin edilməsi əsas deyil, əsas olan seçki prosesinin necə keçirilməsidir. Bu imzalarla meriyalar barədə addım atılacağına inanmıram. Addım hakimiyyətin beynində yaranmalıdır. Ötən çağırış tərkibdə Ədalət partiyasının sədri, professor İlyas İsmayılov iki hakimiyyət qolunda təmsilçiliklə bağlı məhkəmə prosedurası başlatmışdı. Nəticə nə oldu? Yeni tərkibdə də iki nəfər yenə iki hakimiyyət qolunda yer aldı. Bu hakimiyyətin mentallığı dəyişməyənə, yaxud dəyişdirilməyənə qədər ölkədə imzalar, digər təşəbbüslər boş enerji itkisidir”.


“Yeni Müsavat”

Tarix: 27-02-2019, 22:54
Xəbəri paylaş





Xəbər lenti