Türkiyəyə qarşı XAİN PLAN, Azərbaycan və Ermənistan liderləri... – GÜNÜN SİYASİ XÜLASƏSİ

 Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilərlər. Amerika ordusu Suriyadan 50 tona yaxın qızıl çıxarıb. Minsk Rusiyanı başqa ölkələrdən neft almaqla hədələyib. Belarusda bundan sonra da Rusiyanın hərbi obyektləri yerləşəcək. ABŞ Hərbi Hava Qüvvələrinin "Boeing OC-135B Open Skies" müşahidə təyyarəsi Rusiya ərazisi üzərindən uçuş edib.
Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilərlər. Bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, liderlər Minsk qrupunun yaxın vaxtlarda görüşmək təklifini qəbul ediblər.
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni imkanlar yaranıb”. Bu barədə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həlli ilə bağlı yeni imkanların yarandığını anlayır.
“Ermənistanda hakimiyyət dəyişikliyi bu imkanların yaranmasının başlıca amilidir”, - deyə o bildirib.
“Əgər biz “F-35”-ləri almasaq, daha yaxşı olar, çünki əks təqdirdə, biz Amerikadan tamamilə asılı olacağıq”.Bu haqda Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Bəyazid Karataş deyib.
Amerika ordusu Suriyadan 50 tona yaxın qızıl çıxarıb. Bu barədə SANA agentliyi məlumat yayıb. Bildirilir ki, amerikalılar bu qızılları təhlükəsizliklərinə təminat verdikləri silahlılardan alıblar.
Agentliyin məlumatına görə, terrorçular son müqavimət qalaları olan Deyr əz-Zorun Baqhuz məntəqəsi yaxınlığında gizlətdikləri 40 tona yaxın qızılı ABŞ hərbçilərinə veriblər.
Bildirilib ki, ABŞ hərbçiləri terrorçulardan aldıqları qızıllardan başqa daha 10 ton ağırlığında xəzinə də aşkarlayıblar. Hərbçilər əldə etdikləri qızılları gecə ikən helikopterlərlə ölkədən çıxarıblar.
Rusiya-Belarus dövləti çərçivəsində “ümumi rubl” mümkündür, bu, Rusiya rublu olmamalıdır. Bu haqda Belarussiya Prezidenti Aleksandr Lukaşenko Minskdə ictimaiyyət və KİV-lə “Böyük danışığın” gedişatında bildirib.
"Bu gün bizə valyutanı təklif edirlər. O, (Rusiya prezidenti Vladimir Putin – red.) mənə ritorik danışır ki, əlbəttə, bu rubl olacaq. Mən deyirəm ki, əlbəttə, rubl olacaq. Sizdə də rubl və bizdə də rubl var. Məsələ bunda deyil. Bu, Rusiya və ya Belarus rublu olmayacaq, əgər o olacaqsa, bizim ümumi rublumuz olacaq”, - Lukaşenko bildirib.
Xatırladaq ki, Belarus prezidenti ötən ay da analoji bəyanatla çıxış edib.
Belarusda bundan sonra da Rusiyanın hərbi obyektləri yerləşəcək. Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz Rusiyadan bundan sonra da bir qəpik belə almayacağıq. Çünki bu bizim ümumi təhlükəsizliyimizdir”, - Lukaşenko bildirib.
Belarus liderinin sözlərinə görə, hazırda ölkə ərazisində Rusiyanın iki hərbi obyekti mövcuddur və bir il sonra bununla bağlı müqavilə yenilənməlidir.
Əgər Minsk vergi manevrinə görə kompensasiya üzrə Rusiyayla razılaşmasa, onda başqa ölkələrdən neft almağa məcbur olacaq.
Pakistan ümid edir ki, Hindistanla genişmiqyaslı hərbi konfliktdən qaçmaq mümkün olacaq, əks təqdirdə bu müharibə qarşılıqlı özünüməhvə səbəb olacaq. Bunu CNN-ə müsahibəsində Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi deyib.
“Ümid edirəm ki, bu savaş baş verməyəcək. Bu, qarşılıqlı özünüməhv anlamına gələr. Pakistan heç vaxt eskalasiyaya cəhd edib, düşmənçilik mövqeyi tutmaq istəmir”, – deyə o bildirib.
Bu həftə Pakistan və Hinsidtan növbəti dəfə müharibənin bir addımlığına gəldi. Fevralın 27-də Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini açıqladı. Hindistan isə Pakistanın bir qırıcısını vurdu. İki dövlət arasında müharibə ehtimalının yüksək olduğu nəzərə alsaq, onların potensialını qiymətləndirmək yerinə düşər.
ABŞ Hərbi Hava Qüvvələrinin "Boeing OC-135B Open Skies" müşahidə təyyarəsi Rusiya ərazisi üzərindən uçuş edib. Bu haqda “PlaneRadar” monitorinq resursunun məlumatlarında deyilir.
“ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing OC-135B Open Skies” müşahidə təyyarəsi Amurda Komsomolsk şəhərindəki qəbuledicinin hərəkət zonasında hərəkət edib”, - xəbərdə qeyd edilib.
Qeyd edilir ki, təyyarə bundan sonra Ulan-Ude istiqamətində hərəkət edib.
Ukrayna öz ərazisində yaxın və orta mənzilli raketlər yerləşdirməməlidir.Bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, bunun Ukrayna dövlətçiliyi üçün təhdid olacağını bildirib:
“Əgər Ukraynada belə raketlər yerləşdirilsə, bu, fəlakət olacaq. Anlamaq lazımdır ki, rusiyalılar bu raketlərin Ukraynada yerləşdirilməsini istəmirlər. Biz rusiyalılarla həmrəyik. Ona görə də Ukrayna bu istiqamətdə heç bir addım atmamalıdır, əks təqdirdə bu, Ukrayna dövlətçiliyi üçün fəlakət olacaq”.
Ömər Dağlı
Tarix: 1-03-2019, 22:47
Xəbəri paylaş





Xəbər lenti