Avropa Parlamentinə seçkilərlə bağlı ehtimallar...


Avropa Parlamenti seçkilərinin nəticələri ilə bağlı sorğu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Kantar Public”in apardığı milli sorğuya əsasən, mayın 26-da Avropa Parlamenti üçün keçiriləcək seçkilərdən sonra Britaniya deputatlarının təmsil olunmayacağı yeni parlamentdə müxtəlif siyasi partiyalardan 705 deputatın fəaliyyət göstərəcəyi ehtimal edilir. Bu parlamentdə təmsil olunan partiyalar arasında Avropa Xalq Partiyası və Sosial-demokratlar Partiyası birinci və ikinci yerləri bölüşəcək.

Sorğunun nəticələrinə əsasən, Avropa Xalq Partiyasının (PPE) 181 yer (25,6 faiz), Sosial-demokratlar Partiyasının isə 135 yer (19,15 faiz) tutacağı ehtimal olunur. Azad Demokratlar Partiyası 75 yer (10,64 faiz) ilə üçüncü yerdə qərarlaşıb. Ancaq partiyalar arasında alyans nəzərə alınarsa, bu rəqəmlər dəyişəcək.

Qeyd edək ki, “Kantar Public”in 13 ölkədə, eləcə də Fransada filialları fəaliyyət göstərir.

Tarix: 5-03-2019, 08:31
Xəbəri paylaş





Xəbər lenti