Paşinyan üçün BÖYÜK TƏLƏ: Kreml onu öz dili ilə “tutacaq”


Paşinyan üçün BÖYÜK TƏLƏ: Kreml onu öz dili ilə “tutacaq”

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra xalqa verdiyi vədlərin doğrulmaması onun iqtidari üçün ciddi təhlükə yaradır. 

Baş nazir mətbuata müsahibəsində ölkədə qazın qiymətinin aşağı salınacağını vəd etsə də, hələ buna nail olmaq mümkün olmayıb:

"Danışıqlar gedir, mən ümid edirəm ki, bu il ərzində məsələninin həllinə nail olacağıq. Çünki bu, təkcə Rusiya ilə ikitərəfli münasibətlərin inkişafına yox, həm də Avrasiya İqtisadi Birliyinə lazımdır. Çünki bu birlik məhz vahid iqtisadi əməkdaşlıq yaradılması üçündür".

Cebhe.info xəbər verir ki, Ermənistanın "168 jam" qəzeti Paşinyanın bu məsələni qaldırmaqla onun həllinə nail olmaq istədiyini yazır. Ancaq bu, indiki zamanda mümkün görünmür. "O, bu barədə müsahibələrində də deyib. Ancaq məntiq onu deməyə əsas verir ki, Ermənistanın təklifindən imtina ediləcəyi təqdirdə ölkənin birliyə üzvlüyü məqsədəmüvafiq hesab olunmayacaq. Birlikdə rəhbərlik edən Ermənistanın bu məqsədinə çatıb-çatmayacağını söyləmək çətindir. Əksi daha inadırıcı görünür",- deyə qəzet yazır.

Qəzet qeyd edir ki, qazın qiyməti Rusiya üçün təkcə iqtisadi yox, həm də siyasi təzyiq vasitəsidir. Buna görə də Paşinyanın təklifi Rusiyada daha diqqətlə öyrənilir. "Paşinyan beləliklə özünü çətin vəziyyətə salıb. Əgər birlik ərazisində vahid qaz tarifi müəyyən emtək mümkün olmasa, o zaman müəyyən addımlar atılmalıdır. Paşinyanın açıqlaması onun özü və hakimiyyəti üçün tələ ola bilər". 


Tarix: 7-03-2019, 15:42
Xəbəri paylaş





Xəbər lenti