Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM, Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI… – GÜNÜN SİYASİ XÜLASƏSİ

 Rəsmi Bakı Rusiyanı üzərinə götürdüyü öhdəlikləri təmin etməyə çağırıb. Belarus Azərbaycana “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S" radioelektron mübarizəsi üzrə ən yeni kompleksini satıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə səfərinin əsl məqsədi siyasi deyil, iqtisadi idi. Prezident Donald Tramp vasitəsilə Suriyadan çəkiləcəyini açıqlayan ABŞ, bunun tam əksinə, bölgədəki hərbi varlığını daha da gücləndirir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun aparatı dünyadakı bütün maliyyə institutlarına xəbərdarlıq edib.
Rəsmi Bakı Rusiyanı üzərinə götürdüyü öhdəlikləri təmin etməyə çağırır. Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Ermənistan baş naziri Qarabağda yaşayan ermənilər adından danışa bilmədiyini iddia edərək çox sadə bir suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələrinin Azərbaycan suveren ərazilərində nə işi vardır? Bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə dərc olunan "EURACTİV" portalına müsahibəsinə cavab olaraq həmin portalda dərc olunan Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqaləsində deyilir.
Belarus Azərbaycana “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S" radioelektron mübarizəsi üzrə ən yeni kompleksini satıb. Bu haqda hərbi ekspert Aleksandr Alesin bildirib.
“Qroza-S” stansiyasının ictimai nümayişi 2017-ci il 20-22 may tarixlərində Minskdə keçirilən “MILEX-2017” beynəlxalq silah və hərbi texnika sərgisində baş tutub. Həmin vaxt “KB Radar” şirkətinin nümayəndələri bildirdilər ki, artıq xarici ölkələrdən biri ilə stansiyanın çatdırılması müqaviləsi bağlanıb. Həmin vaxt ölkənin adı açıqlanmamışdı, amma tezliklə aydın oldu ki, söhbət ehtimal ki, Azərbaycandan gedirdi.
“Qroza-S” Belarus ordusunun silahlanmasına 2017-ci ilin dekabrında daxil olub.
“Qroza-S” düşmənin müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarını (PUA) peyk rabitəsi və rabitə kanallarına maneələrin qoyulması vasitəsilə zərərsizləşdirmək üçündür. “Qroza-S” hazırda dünyada ən mükəmməl anti-PUA sistemi hesab olunur.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə səfərinin əsl məqsədi siyasi deyil, iqtisadi idi. Bu haqda şəxsi mənbəyinə istinadən “Past” nəşri bildirib.
S-400-lə bağlı məsələ bitib, geridönüş əsla ola bilməz. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TV 360 və 24 TV-nin birgə canlı yayımında çıxışı zamanı deyib.
“Ruslarla razılaşdıq, birgə istehsala başlayacağıq. Bəlkə də S-400-dən sonra S-500-ə də keçəcəyik”, - deyə dövlət başçısı bildirib.
Türkiyə ordusunun keçirdiyi “Mavi Vətən–2019” təlimləri çərçivəsində “TCG Kamal rəis” freqatı və “TCG İ.İnönü” sualtı qayığı Bolqarıstanın Varna limanına daxil olub. Bu barədə Türkiyənin Sofiyadakı səfirliyindən informasiya yayılıb.
“Təlimlərə cəlb olunan qüvvələr tərəfindən 3 dənizdə 33 ölkədaxili və 7 xarici liman daxil olmaqla, ümumilikdə 40 liman ziyarəti həyata keçirilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, təlimlər martın 8-nə qədər davam edəcək.
Prezident Donald Tramp vasitəsilə Suriyadan çəkiləcəyini açıqlayan ABŞ, bunun tam əksinə, bölgədəki hərbi varlığını daha da gücləndirir. Vaşinqton dəstəklədiyi PKK/PYD terror təşkilatına verdiyi silahların miqdarını artırmaqla yanaşı, silahların nomenklaturasını da əhəmiyyətli şəkildə dəyişdirib.
Son iki ildə dünyada 200-dən çox şirkət İran hökuməti ilə əlaqəli olduğu güman edilən hakerlər qrupunun hücumlarına məruz qalıb. Bu barədə "Microsoft" korporasiyasının araşdırmasında deyilir.
Hakerlər əsasən neft-qaz şirkətlərinə, maşınqayırma müəssisələrinə, eləcə də Almaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Hindistan və ABŞ kimi ölkələrdə beynəlxalq bizneslə məşğul olan konsernlərə hücum ediblər.
Korporasiyanın məlumatına görə, iranlı hakerlərin vurduğu ümumi zərər 100 milyonlarla dollara çatıb.
Ekspertlərin qiymətləndirməsinə görə, hücumların arxasında İran hökuməti ilə əlaqəsi olan "Holmium" haker qrupu dayanıb. Araşdırmada həmçinin "Holmium"un tapşırığı ilə başqa bir haker qrupunun - "APT33"ün də müəyyən əməllərinin olduğu göstərilib.
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun aparatı dünyadakı bütün maliyyə institutlarına xəbərdarlıq edib. Rəsmi Vaşinqton xarici maliyyə institutlarını Nikolas Maduro və ətrafının xeyrinə tranzaksiyalar həyata keçirməməyə çağırıb.
“Biz Maduroya imkan verməyəcəyik ki, Venesuela xalqının sərvətini oğurlasın. Bütün bu təşkilatlar ABŞ sanksiyaları ilə üz-üzə gəlməli olacaqlar”, – deyə o bildirib.
Ömər Dağlı
Tarix: 7-03-2019, 23:16
Xəbəri paylaş





Xəbər lenti