Muradov geri çağırılır:«Daha bir neçə zabit də...»





Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər. Bu barədə məlumat verən Ermənistanın "Joğovurd” qəzeti yazır ki, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.
"Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər”, - deyə mətbu orqan bildirir.
Hərbi ekspert Vladimir Yevseyev komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.
Rusiya KİV-i isə Rüstəm Muradovun əvəzinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiə naziri Sergey Şoyquya təqdim edib. 


 
Bu barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev düşünür ki, Muradovun geri çağırılmasında qeyri-adi bir məqam yoxdur: 

“Ölkə xaricində yerləşən istənilən hərbi kontingent sülhməramlı və ya başqa məqsədlə xidmət etməsindən asılı olmayaraq müəyyən müddətədək fəaliyyət göstərir. Azərbaycan üçün bu müddət adətən 6 ay olur. Yarım ildən sonra həmin hərbi kontingent rotasiya qaydasında dəyişir. Bu prosedurlar Rusiya sülhməramlıları üçün də 6 aydan bir rotasiyanı nəzərdə tutur. Odur ki, Muradovun geri çağırılması təəccüblü deyil. Hətta digər rus hərbçilərin də dəyişdirilməsi mümkündür”.
Tarix: 5-05-2021, 23:12
Xəbəri paylaş





Xəbər lenti