Rusiya kimyəvi və bioloji silahdan istifadə edə bilər, vəziyyət narahatçılıq yaradır...


“44 günlük müharibə, 10 dekabr 2020-ci il Bakıda qələbə paradı, Bakıda “Hərbi Qənimətlər Parkı” və Azərbaycan şəhərlərinə atılmış nüvə başlığı daşıya bilən ballistik raketlərin partlamamış acı sonluğu birmənalı sübut edir ki, dünyanı qorxu içində saxlayan rus silahı və rus hərbi sənayesi XX-ci əsrə aid tarixi, hərbi eksponatlardır. Dünyaya sırınmış rus silahının nüfuzu qorxunc adlarından başqa özündə heç bir gücü qalmayıb. Artıq XXI-ci əsrdə o nəhəng və qorxunc adlar daşıyan rus silahları müasir texnoloji silahlar qarşısında qara metal yığnağından başqa bir şey deyil.
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə həmdə, rus silahının üzərindəki qələbədir hansı ki, dünya hərb sənayesinə, hərb elminə yeni baxış və yanaşma gətirdi.”
Siam.az xəbər verir ki, bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov deyib. Vüqar Dadaşov qeyd edib ki, “Rusiyanın bu gün müasir dövrün tələblərinə uyğun real silah sənayesi və texnologiyası yoxdur və Ermənistan nümunəsində Rusiya öz silahı və sənayesi ilə azı 30-50 il geridə qaldığını göstərdi. İnkarı mümkün olmayan faktdır ki, Azərbaycan 44 günlük müharibədə faktiki erməni sifəti ilə Rusiya ilə qarşı-qarşıya gəlmişdi. Elə “İsgəndər-M”lə bağlı məsələ qənaətimin saysız sübutlarındandır. Desək ki, Rusiya öz silahının və hərb sənayesinin müasir dövrə uyğunsuzluğundan xəbərsiz olub-yanılarıq. Əvvəla onu qeyd etmək lazımdır ki, bu gün ki gün Rusiyanın nüvə silahından başqa arxalandığı heç bir gücü yoxdur. Bunun əyani bir sübutu da odur ki, Rusiya ümumən Birləşmiş Millətlər Təşkilatının (BMT) 1945-ci ilin oktyabrında yaradılmış Təhlükəsizlik Şurasının (TŞ) nüvə silahına malik beş üzvünün(Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) sıralarında və eləcə də TŞ-nın strukturunda islahatlara qarşı çıxır. Təbii ki, Rusiyanın məqsədi ayaqlaşa bilmədiyi müasir dövrün güc balansında və siyasi arenasında öz yerini, mövqeyini qoruyub saxlamaqdır.
SSRİ-nın varisi kimi nüvə silahına yiyələnən Rusiya nüvə silahını da özü icad etməyib və məlumdur ki, SSRİ nüvə silahının texnologiyasını ABŞ-dan cəsusluqla əldə etmişdir hansı ki, ABŞ hələ 6 və 9 avqust 1945-ci ildə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə dünyada ilk olaraq bəşəriyyəti lərzəyə gətirən atom bombasını atmışdır. SSRİ isə nüvə silahının-atom bombasının uğurlu sınağını 1949-cu ildə avqustun 29-da keçirə bilib. 1945-ci ildən bu yana ümumən işan sivilizasiyasını məhv edə biləcək atom bombası silah kimi tətbiq edilməyib və Rusiyanın da bu silahdan istifadə etməsi o qədərdə inandırıcı görünmür. Ancaq Rusiya faktiki olaraq nüvə silahı ilə çarəsiz qaldığından və müasir dövrlün silah texnologiyası ilə ayaqlaşa bilmədiyindən siyasi və hərbi vəziyyətə görə kimyəvi, bioloji silahdan və eləcədə radioaktiv maddələrdən istifadə ehtimalı yüksəlmişdir.
Bu ehtimalın əsaslı olmasına sübut olaraq, 2020-ci ilin dekabr ayında Britaniya Müdafiə naziri Rusiyanın ölkə küçələrində kimyəvi silah hücumu ilə minlərlə insanı öldürə biləcəyini barədə açıqlamasını qeyd etmək olar. Rusiya bu praktikadan hələlik fərdi şəxslərə qarşı, məsələn Putinə müxalif mövqedə olan Boris Brezovskiyə, sabiq rus agentləri Aleksandr Litvinenko, Sergey Skripal və qızı Yuliaya, müxalifətçi Aleksey Navalniyə və sair şəxslərə qarşı istifadə etdiyi əsaslı güman edilir. Suriyada Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin kimyəvi və bioloji silah tarixçəsi də məhz Rusiyanın adı ilə bağlıdır. Odur ki, Rusiya ayaqlaşa bilmədiyi müasir silah texnologiyasından xeyli geri qaldığından, dünyada itirməkdə olduğu mövqenin bərpası üçün
kimyəvi, bioloji silahdan və radioaktiv maddələrdən geniş istifadə ehtimalı real görünür. Odur ki, Rusiyanın Azərbaycanda, Qarabağda Azərbaycana qarşı bu son vasitədən də istifadəsi mümkündür.
Ermənistan da Azərbaycanı dəfələrlə nüvə silahı ilə hədələyib və bu məsələ də hətta Avropa Şurasında da müzakirə predmeti olub. 44 günlük müharibədən öncə, 30 iyul 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı Ermənistan Metsamor AES-in tullantıları Azərbaycanın işğal olunmuş ərazilərində basdırıldığını bildirib.
Təbii ki, Azərbaycan Ordusu da illərcə öncədən kimyəvi hücumdan müdafiə və onların zərərsizləşdirilməsi ilə bağlı davamlı təlimlər keçirir və 2021-ci ilin may ın 3-dən də radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə növbəti tədbirlərini reallaşdırıb. Proseslərin analizi göstərir ki, Rusiyanın və Ermənistanın Azərbaycana qarşı və xüsusən də Qarabağda bu tip əməlləri mümkündür və bu ehtimal dövlətimiz tərəfindən real təhlükə kimi qiymətləndirilir.”
Siam.az
Tarix: 6-05-2021, 13:30
Xəbəri paylaş





Xəbər lenti