"Putin iki dəfə Azərbaycanın köməyi ilə Paşinyanı yerində oturdura bildi, ancaq..."



Yazdığım kimi Ermənistandan verilən məlumatlara görə Lavrov ümumi qəbul edilmiş məsələlərdən danışır, ermənilərin xüsusilə çılpaq nasionalist Xİ nazirinin sayıqlamalarlna cavab vermir. Paşinyanın partiyası udsa birinci bu naziri işdən çıxardacaq. 
 
Sözsüz mətbuata getməsə də Lavrov Putinin Türkiyə ilə əlaqədar istənilən yaxınlaşmanı onun icazəsi olmadan etmək olmaz tapşırığını Paşinyanın nəzərinə bir daha çatdırır. Ancaq bu məsələ Paşinyan yenidən udarsa öz həllini tapacaq, buna heç şübhə yoxdur. Bizim üçün təhlükə Koçaryanın tör töküntü partiyaları ətrafına toplayıb saxtalaşdırmaq yolu ilə qələbə çalmağa cəhd etməsidir. Həmçinin keçmiş prezident Sarkisyanın gələn həftə aktivləşməsi bizim üçün məqbul deyil. Keçmiş prezident Ter Petrosyanın  (yaş öz təsirini göstərib, məntiqi ağlı daha işləmir) bütün qüvvələri, yəni Koçaryan, Sərkisyan və başqalarını Paşinyanın əleyhinə birləşdirmək cəhdi bizim ücün qəbul edilən faktor deyil. Ancaq Ter Petrosyan bu qüvvələrin qələbə çalması və üzlərini qərbə çevirməsini istəyir, yəni Rusiyanın əleyhinə olan bir platformadır. Əlbəttə, Putin buna imkan verməyəcək.
 
 Putin Qarabağ faktorundan istifadə edərək Azərbaycan və Ermənistanı qismən özünün tabeliyində saxlamağa cəhd edəcək. Hətta Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq versə belə Rusiya "mənimlə razılaşdırmamış heç bir addım ata bilməzsiniz" deyəcək. Putin Baydenlə görüşdən sonra Ukraina ilə sərhədlərdən qoşunlarını cəkib götürəcək, Azərbayvan və Ermənistana qarşı isə aqressiv siyasət aparacaq.
 
Hər iki ölkənin bu vəziyyətdən çıxış yolu Türkiyə Cümhuriyyətinin bütün məsələlərə qarışması ola bilər. Azərbaycan ümumiyyətlə Türkiyənin yanında olmalıdır, başqa variant yoxdur. Ümid edirəm ki, Ermənistanda seçkiləri udan Paşinyan mənim fikirləşdiyim siyasəti aparacaq. O, seçiləndən Putinin ağalığından xilas olmaq istəyir. Putin iki dəfə Azərbaycanın köməyi ilə onu yerində oturdura bildi. Ancaq son 6 ayda Azərbaycana qarşı apardığı siyasət Rusiyanı kifayət qədər bizdən uzaqlaşdırıb. 2021-ci il Prezidentin xarici siyasəti çox mürəkkəb olacaq. Ancaq azad edilmiş rayonlarda, xüsusilə Şuşada aparılan strateji siyasət və Türkiyə ilə qardaşlıq əlaqələri öz müsbət nəticələrini verəcək
 
Rəsul Quliyev, eks-spiker

Tarix: 6-05-2021, 23:20
Xəbəri paylaş





Xəbər lenti