Əkrəm Həsənov: “Nəinki deputatlarımız, hətta xarici işlər nazirimiz də siyasətlə məşğul olduğunu bilmir”


“Deyəsən, nəinki deputatlarımız, hətta xarici işlər nazirimiz də siyasətlə məşğul olduğunu bilmir. Ermənistanın sərhəddəki gərginliklə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin "məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını" deyib. Bu gün Cənab Prezident həmin addımı "məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil" kimi səciyyələndirib. Doğru yanaşma da məhz budur!”
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.
 
“Zatən sərhəd məsələsi siyasi məsələ deyilsə, bəs nədir? Başqa məsələ ki, iki dövlət arasında olan siyasi məsələdir. Ermənistan isə onu beynəlmiləlləşdirmək istəyir. Məmurlarmıza politologiyanın əlifbası üzrə təlim keçmək lazımdır. Təlimin mövzularından biri də ""Siyasət" sözündən qorxmayın!" – Ə.Həsənov qeyd edib.
Tarix: 17-05-2021, 22:46
Xəbəri paylaş





Xəbər lenti