17 may günortaya qədər Laçın və Sünik sərhəddində vəziyyət



Mayın 16-da axşam Ermənistan kütləvi informasiya vasitələri bildiriblər ki, 17 may səhərdən azərbaycanlı hərbçilər Sünikdə tutduqları mövqeləri tərk edəcəklər. Ancaq günortaya qədər bu barədə heç bir təsdiq və məlumat yoxdur.
Ötən gün axşam Ermənistan Təhlükəsizlik Şurasının iclasında hökumət başçısı Nikol Paşinyan deyib ki, vəziyyətdə prinsipial dəyişiklik baş verməyib, ancaq mayın 14-də bəzi azərbaycanlı hərbçilər Ermənistan ərazisini tərk ediblər.
“Bu prosesin davam edəcəyi əlamətləri olsa da, ümumilikdə, mən hərbi-siyasi vəziyyəti ayın 12- dən sonra dəyişməz hesab edirəm”, – o deyib.
“Bu səbəbdən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakı ilə böhranın nizamlanmasına təkid edəcək”, – o deyib və “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı İlham Əliyevin bəyanatını rədd edib.
“Ermənistan dəhliz məsələsini heç zaman müzakirə etməyib və müzakirə etməyəcək”, –  o deyib və əlavə edib ki, “regionda kommunikasiyanın açılması bizim siyasi gündəlikdə durur”
Sərhədlərin dəqiqləşdirilməsinə gəlincə, bu proses ikitərəfli ola bilməz. Çünki Ermənistanla  Azərbaycanın heç bir əlaqəsi yoxdur, odur ki, proses üçtərəfli olmalıdır. Lakin Paşinyan üçüncü tərəfi açıqlamayıb. 
Əgər siyasi üsullar nəticə verməsə, Ermənistan hərbi-siyasi mexanizmlərdən – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Rusiya sazişlərindən istifadə etmək niyyətindədir, o deyib.
Contact.az
Tarix: 18-05-2021, 09:12
Xəbəri paylaş





Xəbər lenti