Lavrovdan Ermənistan-Azərbaycan sərhədi barədə AÇIQLAMA


Lavrovdan Ermənistan-Azərbaycan sərhədi barədə       AÇIQLAMA
“Rusiya ortaq Ermənistan-Azərbaycan komissiyası yaratmağı təklif edib”
 
“Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində sərhəddəki vəziyyətin həllində Bakı və İrəvana yardım göstərməyi təklif edib və Ermənistan-Azərbaycan delimitasiya və demarkasiya komissiyası yaradılması təşəbbüsü ilə çıxış edib”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
XİN başçısı vurğulayıb ki, dünən KTMT-nin xarici işlər nazirlərinin qeyri-rəsmi işi başlayıb: “Erməni həmkarımızın xahişinə baxdıq və bu tələbə uyğun olaraq Bakı və İrəvan arasındakı münasibətləri müzakirə etdik”.
 
“Tərəflərlə ilkin razılaşmaya əsasən, sərhədin delimitasiyası və demarkasiyası üçün Rusiya ortaq Ermənistan-Azərbaycan komissiyası yaratmağı təklif edib və bu komissiyada tərəflərin istəyinə uyğun olaraq, Moskva ya məsləhətçi, ya da vasitəçi kimi iştirak edə bilər”, - deyə Lavrov əlavə edib.
Tarix: 19-05-2021, 14:11
Xəbəri paylaş





Xəbər lenti