Deputatlar gəlir bəyannaməsini təqdim etməlidir


Avropa Şurasının antikorrupsiya orqanı olan GRECO Azərbaycana tövsiyələrin icrasıyla bağlı hesabat açıqlayıb.
Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna göndərilən hesabatda cəmiyyət üçün aktual olan bir sıra məqamlara toxunulub.
Hesabatda deyilir ki, icra hakimiyyətinin Prokurorluq üzərindəki lüzumsuz təsiri olduqca problemli hal olaraq qalmaqdadır və prokurorlarla bağlı aktivlərin açıqlanması məsələsi ümumiyyətlə həll edilməyib”
Sənəddə daha sonra Azərbaycan millət vəkillərinin, prokurorların gəlir bəyannaməsi təqdim etməsi ilə bağlı tövsiyənin hələ də yerinə yetirmədiyi qeyd olunur.
GRECO 21 tövsiyədən 14-nün qənaətbəxş şəkildə həll edildiyini, 4 tövsiyənin qismən, 3-nün isə icra olunmadığını bildirilir. Gəlir bəyannamələrini ehtiva edən tövsiyələr də icra olunmayanlar sırasındadır.
Konkret addımlar atılsa da…
GRECO tövsiyə edib ki, millət vəkilləri üçün gəlir bəyannamələrinin forması tez bir zamanda müəyyənləşdirilsin və bəyannamələrin məxfiliyi aradan qaldırılsın. Digər tövsiyədə hakimlər üçün gəlir bəyannamələrinin formasının tez bir zamanda müəyyənləşdirilməsi istənilib. GRECO bu tövsiyələrin icrası üzrə heç bir irəliləyişin olmadığını bildirir.
İcra olunmayan üçüncü tövsiyə isə prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi qaydasının prioritet məsələ kimi həllini tapmasıdır. “Prokuror və onların qohumlarının təhlükəsizlik və şəxsi sirləri nəzərə alınmaq şərti ilə, bütün prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi üzrə məxfilik aradan qaldırılsın; aktivlərin bəyan edilməsinə dair müəyyən olunmuş qaydaya riayət edilməklə, həmin qaydanın icrasına nəzarət etmək üçün Baş Prokurorluğun nəzdində müvafiq struktur yaradılsın”, – tövsiyədə deyilir.
Hesabatda deyilir ki, parlament üzvlərinə münasibətdə bəzi konkret addımlar atılıb. Qanun layihələri ilə bağlı ictimai məsləhətləşmələr çərçivəsində irəliləyiş əldə edilib, “Deputatların etik davranış qaydaları haqqında Qanun” qəbul edilib. Lakin parlament üzvləri ilə əlaqədar aktivlərin açıqlanması üçün effektiv bir sistem qurulmasına hələ də çox ehtiyac var, qurum bildirir.
Tarix: 20-05-2021, 09:12
Xəbəri paylaş





Xəbər lenti