“Şuşa istiqamətinə atəş açmaq İlham Əliyevi və Ərdoğanı hədəf seçməkdir”



“Müdafiə Nazirliyinin açıqlamasında ermənilərin Gədəbəy, Kəlbəcər və Şuşa istiqamətində atəşkəsi pozduqlarını bildirib. Bu, növbəti anti-terror əməliyyatına dəvətdir”.
 
Siam.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
E.Şahinoğlu qeyd edib ki, Şuşanın azadlığa qovuşmasından cəmi bir neçə ay keçib və yenidən ermənilərin hədəfinə çevrilib: “Şuşa istiqamətinə atəş açmaq müqəddəs şəhərimizi ziyarət edən Prezident İlham Əliyevi və şəhərimizə səfərə hazırlaşan Türkiyə Cümhurbaşqanını hədəf seçməkdir. Əgər Gədəbəyə atəş Ermənistan istiqamətindən açılıbsa, Şuşaya atəşi Qarabağın daxilindəki separatçılar açıblar, o separatçılar ki, onları Rusiya hərbçiləri tərksilah etməliydilər. Etməyiblər və etmək fikirləri də yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin açılmasında bir cümlə də Rusiyaya ünvanlanmalıydı ki, Qarabağdakı separatçıların əl-ayağını yığışdırsınlar, əks halda biz hərəkətə keçəcəyik. Ermənistan daxilində seçkinin təxirə salınmasını istəyən qüvvələr var. Həmin qüvvələr Nikol Paşinyanın seçkidə yenidən qələbə qazanacağını proqnozlaşdırır və bunu həzm edə bilmirlər. Sərhəddə vəziyyət gərginləşməkdə davam edərsə və müharibə ehtimalı artarsa, Ermənistanda parlament seçkiləri təxirə salacaq. Həmin qüvvələrə də elə bu lazımdır. Ona görə də həmin qüvvələr sərhəddə vəziyyətin gərginləşməsində, toqquşmalarım başlamasında maraqlıdırlar. Onlar bu yolla Paşinyanın sonunun gələcəyini düşünürlər. Bu ermənilərin öz bildiyi işdir. Bizim hədəfimiz sərhədləri müəyyənləşdirmək və təxribatlara cavab verməkdir”.Pravda.az
Tarix: 27-05-2021, 08:32
Xəbəri paylaş





Xəbər lenti