28 May Respublika Günü münasibətilə Azərbaycanın Moldovadakı Səfirliyində tədbir təşkil olunub


Mayın 28-də Azərbaycanın Moldovadakı səfirliyində 28 May Respublika Günü münasibətilə Azərbaycan güşəsinin açılışı oldu. Tədbir Azərbaycan və Moldova Respublikalarının dövlət himnləri ilə başladı. Giriş nitqi ilə çıxış edən Azərbaycanın Moldova Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Açılış mərasimində dövlət rəsmiləri,səfirlər,diaspor nümayəndələri,tələbələr və jurnalistlər iştirak etdilər. Səfirliyin qarşısında Ulu Öndər Heydər Əliyevin yeni quraşdırılan büst-heykəli qonaqlara təqdim olundu. Büst-heykəlin rəsmi,təntənəli açılıı isə gələcək üçün planlaşdırılır. Bununla yanaşı tədbirdə Ümumilli Liderin sözlərindən ibarət xatirə lövhəsinin açılışı baş tutdu. Qonaqlar xatirə lövhəsinin qarşısına çiçəklər qoydular, Ulu Öndərin ruhunu böyük ehtiramla yad etdilər. Daha sonra Azərbaycanın 44 günlük Vətən Müharibəsi şəhidlərinin adını daşıyan bulağ istifadəyə verildi.Tədbir iştirakçıları həmçinin müasir Azərbaycanın inkişafını təvsir edən foto sərgi ilə tanış oldular.
Siam.az 
Tarix: 28-05-2021, 23:29
Xəbəri paylaş





Xəbər lenti