Erməni məntiqi: Bakıya “fors edib”, Moskvaya “şıllaq atdı”


 
Erməni əsilli rus politoliq  Qriqor Kettsyan Putinə acıq edərək Rusiya vətəndaşlığından imtina edib.
 
Ovqat.com xəbər verir ki, politoloqun Putinə qəzəbinin səbəbkarı isə Azərbaycandır.
 
Məlumata görə, o, Azərbaycanın erməni terrorçularını sərbəst buraxılmaması səbəbindən Vladimir Putinə qəzəblənmiş və Rusiya prezidentinə mayın 30-a qədər möhlət vermişdi. Mayın 30-da Azərbaycan əlindəki erməni terrorçularını buraxmayınca, erməni əsilli politoloq da Rusiya vətəndaşlığından çıxmaq yolunu tutdu.
 
Politologiya elmlər namizədi Kettsyan bu gün facebook səhifəsində paylaşdığı video-statusunda artıq Rusiya vətəndaşlığından çıxdığını bildirib və İrəvanı ona təcili vətəndaşlıq verməyə səsləyib. Başqa sözlə, adını politoloq qoyan bu adam Bakıya hirslənib kin-küdurətini “zavallı” Putinin üstünə töküb.
 
Kettsyan mayın 24-də yenə facebook səhifəsində paylaşdığı bəyanatı ilə Putinə belə möhlət vermişdi:
 
"Hörmətli Vladimir Vladimiroviç
 
Bizim - Rusiya Federasiyası vətəndaşı və seçici olaraq mənim, Rusiya Prezidenti olaraq sizinlə aramızda ikitərəfli vətəndaşlıq müqaviləsi var. Rusiya Federasiyasında keçirilən prezident seçkilərində 3 dəfə sizə səs vermişəm və məni buna təşviq edən amillər arasında Rusiya dövlətinin humanist ənənələrini canlandıracağınıza hədsiz güvənimin mühüm rolu olub. 
 
Hörmətli cənab Prezident!
 
Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 8-ci bəndinin icrası tələbilə  15 yanvar 2021-ci il tarixində RF Xarici İşlər Nazirliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin qarşısında tək nəfərlik piket keçirərək "Mülki Nəzarət" adlı aksiyaya başladım. Yüzlərlə qayğıkeş vətəndaş mənə qoşulub bir-birini əvəz edərək şaxta və yağışda dayanıb Azərbaycan həbsxanalarından məhbusların dərhal azad olunmasını tələb etdilər. Aksiya 1800 saatdır davam edir.
 
13 fevral 2021-ci ildə bütün məhbusların dərhal sərbəst buraxılmasına kömək istəyi ilə Rusiya Federasiyasının 10 mindən çox qayğıkeş vətəndaşı tərəfindən imzalanan kollektiv məktub ünvanınıza göndərilib. Dörd aylıq mübarizə yolu və bütün humanitar instansiyalara müraciətimdən sonra məhbusların sərbəst buraxılması istəyi məni yenidən başlanğıc mövqeyimə - sizin hüzurunuza gətirdi.
 
Vladimir Vladimiroviç, mən xristianam, rahatlıq və xoşbəxtlik anlayışım qarın toxluğundan və hesabımda çoxlu pul olmasından deyil, vicdanımla daxili qarşıdurma yaşamamağımdan qidalanır. Ölkəm Rusiyanı sevirəm. Mənim çoxmillətli Rusiya xalqına da böyük hörmətin var. Ancaq Qarabağ müharibəsi məhbusları 30 May tarixinə qədər ailələrinə dönməsə, vicdanımla hesablaşa bilməyəcəyəm.
 
Bir seçicinin səsini geri almaq üçün qanunvericilik proseduru olmadığına görə, mən iradəmin ifadəsinin təminatçısı saydığım ölkə prezidentimin imzasının olduğu sənədin 8-ci bəndinə əməl edilməməsinə etiraz əlaməti olaraq Rusiya vətəndaşlığından çıxmaq məcburiyyətində qalacağam”.



Tarix: 4-06-2021, 22:43
Xəbəri paylaş





Xəbər lenti