Rusiyanın sərhəd “neytrallığı” 44 günlük müharibədə “İsgəndər M” kimi neytrallıqdır


“Rusiya xarici işlər naziri Serqey Lavrovun bu ilin may ayında Yerevana və Bakıya səfərindən sonra Azərbaycan Ermənistan arasında vəziyyət daha da gərginləşdi.

Təbii ki, səfər öncəsi indi baş verən proseslərin mümkünlüyü barədə səslənmiş proqnozlarımız da var idi. Lavrovun regiona səfərinin məqsədi Ermənistan və Azərbaycan arasında mümkün qədər sərt və barışmaz mövqeyə nail olmaq idi. Rusiya ümumən Ermənistanı öz orbitində saxlaya biləcəyinə heç inanmır və bu məqsədlə də Ermənistan və Azərbaycana təsir imkanlarını saxlamaq üçün bir neçə variantdan, daha doğrusu ehtiyat ssenaridən istifadə üçün zəmin yaratmaqla məşğuldur.”
Siam.az xəbər verir ki.bunu hüquqşünas, Qarabağ qazısı Vüqar Dadaşov Ermənistan – Azərbaycan sərhədində yaranmış vəziyyəti şərh edərkən deyib. Vüqar Dadaşov qeyd edib:
“İlk öncə Rusiya ümumən Ermənistana cəmiyyətinə və siyasi elitasına inanmadığından “stavka”nı Qarabağ ermənilərinə edir, ancaq ehtiyat variant kimi, Ermənistan Azərbaycan dövlət sərhədində yeni konflikt mənbəyi yaratmaqla məşğuldur baxmayaraq ki, ilk baxışdan Rusiya “sərhəd məsələsində neytrallıq göstərməyə çalışır. Rusiyanın Ermənistan-Azərbaycan sərhəd məsələsində göstərdiyi “neytrallıq” 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi “İsgəndər M” kimi neytrallığı kimidir. Ermənistanda olduqca güclü mövqeyə malik qərbyönümlü inkişafa maraqlı olan həm cəmiyyət və həmdə siyasi qruplar var hansı ki, Rusiyanın dövlət çevrilişinə belə tab gətirdi.
Revanşistlər, “Qarabağ klanı” əslində elə rus meylli qüvvələrdir hansı ki, qərbyönümlü Paşinyana qarşı keçirdiyi mitinqlərə belə nəzərə çarpan etirazlılar yığa bilmir. Sözsüz ki, ermənilərin dilə gətirmək istəmədikləri həqiqət budur ki, Ermənistan Rusiyanın dirijorluğu ilə yaradılmış və onun regionda mövludluğuna şərait yaradan Qarabağ problemindən üzülmək istəyir və bu şans ermənilər üçün Paşinyan hakimiyyəti ilə real görünür. Paşinyanın iyun ayının əvvəli Fransaya səfəri zamanı Makron qarşısında Rusiyanın sərhəd məsələsində ikibaşlı oynadığını dilə gətirməsi təbii ki, sərhəddə baş verən gərginlikdə Rusiyanın maraqlı olduğuna sübutdur.
İyun ayının 1-də Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan "Yerevan sərhəddəki yaranan vəziyyətlə bağlı üçtərəfli işçi qrup formatda konstruktiv işi mümkünsüz hesab edir” - deyə bildirdi və Ermənistan üçtərəfli komissiya işini dayandırdı. Rusiya isə Ermənistanın bu addımına olduqca loyal münasibət göstərdi. Yeri gəlmişkən mayın 25-i Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli işçi qrupun növbəti iclasının keçirilməsi vaxtı Bakı və Yerevandan asılıdır. Rusiya tərəfinə qabaqcadan bəlli olan proseslərin daha geniş təhlilinə ehtiyac yoxdur . Mayın 27-də isə Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsi istəyini dilə gətirmişdi. Sözsüz ki, bu çağırış Rusiyanı narahat etməyə bilməzdi və təbii ki, Rusiya Ermənistan-Azərbaycan sərhədlərində gərginliyi dərinləşdirməyi sürətləndirdi. Bəllidir ki, Ermənistan-Azərbaycan sərhəd məsələsində həll edici mövqeyə Rusiya malikdir hansı ki, keçmiş Sovet respublikaları arasında inzibati sərhədlərin dəqiq koordinatlarını göstərən rəsmi sənədlər SSRİ-nin varisi kimi Rusiyanın əlindədir və bu məsələdə ancaq Rusiya özü hakim rolunda çıxış edə bilər. Ona görə də Ermənistan-Azərbaycan sərhədində gərginlik Rusiya maraqlarının regionda təmininə əlavə şərait yaradır.
Ermənistanda seçki öncəsi Fransa prezidenti Makronun Paşinyana açıq dəstəyi, ABŞ-ın Ermənistana 600 milyon dollara kimi yardım ayırması sözsüz ki, Paşinyanın qərbyönlü siyasətinə inamın yüksək olduğunu göstərir. İyunun 3-də isə Rusiya prezidenti Vladimir Putin növbəti dəfə
keçmiş sovet respublikalarından danışaraq Rusiyanın bu ölkələrlə əlaqələrinin dərinləşməsinin prioritet istiqamət olduğunu dilə gətirdi. Təbii ki, proseslər onu göstərir ki, Rusiya onun üçün ən vacib istiqamət olan Cənubi Qafqaz uğrunda üç əsrə yaxın müddətli hərbi və siyasi-diplomatik müharibəsini davam etdirir.
Ermənistan Rusiyanın öz proyektidir və ancaq Rusiya maraqlarına xidmət etməlidir. Əgər Rusiya süni yaratmış olduğu Ermənistanı itirəcəyinə əmin olarsa o, zaman Ermənistanın bir dövlət kimi məhv olmasını planlaşdıracaq və belə bir planın artıq mövcudluğuna inanıram.”
Siam.az
Tarix: 5-06-2021, 13:25
Xəbəri paylaş





Xəbər lenti