Avropa Azərbaycanı siyasi birliyə dəvət etdib - "Dəvət varsa, orada iştirak edəcək, amma..."




Avropa liderləri Avropa Siyasi Birliyinin yaradılması üçün oktyabrın 6-da Praqada görüşəcəklər. "The Guardian" qəzetinin məlumatına görə, Avropa Birliyi (AB) sammitinə dəvət olunanlar arasında Gürcüstan, Ukrayna, Moldova kimi quruma üzvlük üçün müraciət edən bir çox ölkələr də var. Tədbirə üzv olmayan, üzvlük üçün müraciət etməyən ölkələr – Azərbaycan və Ermənistan da dəvət olunub.
Avropa Siyasi Birliyinin yaradılmasını Fransa Prezidenti Emmanuel Makron təklif edib. Birlik AB-yə üzvlük perspektivlərini nəzərdən keçirən dövlətlərlə qarşılıqlı əlaqələrin formatını təsdiqləyir.
Xatırladaq ki, Azərbaycan AB-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsünün iştirakçısıdır. Lakin AB və Azərbaycan arasında beş ildir danışıqlar getsə də, Strateji Tərəfdaşlıq Sazişi hələ ki, imzalanmır.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə düşünür ki, dəvət varsa, Azərbaycan orada iştirak edəcək. Deputat "Turan"a bildirib ki, sonrakı addım təşkilatın qarşısına nə məqsədlərin qoyulmasından asılıdır: "O, əməkdaşlıq, ərazi bütövlüyünün dəstəklənməsi, beynəlxalq hüququn prioritetliyi, milli maraqların qorunması, ticarət, humanitar əlaqələr, dünyanı inkişafa aparan prinsiplərin elan və tətbiq edildiyi təşkilat olarsa, Azərbaycan bu təşkilatın üzvü ola bilər".
Deputat deyir ki, əgər bu, hansısa bir ölkəyə və yaxud da hansısa ölkələr qrupuna yönəlik bir təşkilat olacaqsa, Azərbaycanın ona qoşulacağına inanmır: "Amma Azərbaycanın dəvət edilməsi onu göstərir ki, Avropa məkanı Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu gün Azərbaycan tək regionun deyil, dünyanın da əsas siyasi fəal ölkələrindən biri kimi götürülür".
Tarix: 7-09-2022, 10:37
Xəbəri paylaş





Xəbər lenti