Ekspert: “Vətəndaş cəmiyyəti institutları çökdürülmüş ölkədə radikallıq baş qaldırır”


“Hökumətlər sahibkarlığı inkişaf etdirmək istəyəndə bir qayda olaraq sahibkarlıq subyektlərinə güzəştlər (vergi, gömrük, kredit) tətbiq edir, onların qeydiyyatını asanlaşdırırlar, maliyyə uçotu sistemini sadələşdirirlər, satışa dəstək verirlər. Eyni addım siyasi partiyaların, mətbuatın, qeyri-hökumət təşkilatlarının inkişafına münasibətdə də tətbiq edilməlidir. Yəni qeydiyyat sadələşdirilməli, maliyyələşməsinə dəstək verməli, fəaliyyətinə imkan yaradılmalıdır. Əgər bunların heç biri yoxdursa, üstəgəl şərtləri daha da sərtləşdirişirsə, deməli, hökumət həmin institutların inkişafında maraqlı deyil”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.
 
“Hökumət vətəndaş cəmiyyəti institutlarının inkişafında maraqlı deyilsə, ilk növbədə cəmiyyətə böyük zərbə vurur, daha sonra özünə. Çünki vətəndaş cəmiyyəti institutları çökdürülmüş ölkədə radikallıq baş qaldırır” – S.Əliyev qeyd edib.
Tarix: 8-09-2022, 11:07
Xəbəri paylaş





Xəbər lenti