Azərbaycanda jurnalistlərin saxlanması "dərin narahatlıq doğurur" - Dövlət Departamenti


Dövlət Departamenti azərbaycanlı media işçilərinin son həbslərinə münasibət bildirib.


“AbzasMedia” ilə əməkdaşlıq edən, eyni zamanda “Turan” İnformasiya Agentliyində iqtisadiyyat üzrə redaktor işləyən jurnalist Hafiz Babalı dünən qondarma ittihamla saxlanılıb. Bundan sonra məhkəmə onu 3 ay müddətinə həbs edib. Dövlət Departamentinin sözçüsü TURANın Vaşinqton müxbirinə bildirib ki, "Jurnalistlərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik".
AbzasMedia tərəfindən saxlanılan digər şəxslər kimi Babalı da valyuta qaçaqmalçılığı ittihamı ilə 8 ilə qədər həbs cəzası gözləyir, jurnalistlər isə bu ittihamları rədd edir.
Turan

Tarix: 15-12-2023, 15:31
Xəbəri paylaş





Xəbər lenti