Peyman Sadıqov seçicilərinə MÜRACİƏT ETDİ - "Sizdən dəstək və ədalətli seçim gözləyirəm"

Peyman Sadıqov seçicilərinə MÜRACİƏT ETDİ
Deputatlığa namizəd Peyman Sadıqov seçki platformasını açıqlayıb.

Siam-az.com xəbər verir ki, 51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Peyman Sadıqov seçicilərinə aşağıdakıları VƏD EDİB:

"Əziz Şirvan şəhərinin sakinləri, sizdən dəstək və ədalətli seçim gözləyirəm.

Mənə etimad göstərərək seçsəniz əmin ola bilərsiniz ki:

* Qanunvericilik fəaliyyətimin əsas məqsədi sosial-iqtisadi islahatların həyata keçirilməsinə və vətəndaşlarımızın rifah halının yüksəldilməsinə öz dəstəyimi verəcəm;

* Şəhid ailələrinə, Qarabağ və Böyük Vətən müharibələri veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanların ehtiyaclarının təmin olunmasına çalışacam;

* Sizin sosial problem və qayğılarınızın həllinə, rahat və ədalətli mühitdə yaşamağınıza təminat verən qanunların qəbul edilməsi və qanunların aliliyinin təmin olunması naminə fəaliyyət göstərəcəm;

* Sizi narahat edən məsələləri millət vəkili səlahiyyəti çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların həllini tələb etməkdə qətiyyətli olacam;

* Sağlam gələcək naminə idmanın inkişafında dövlətimizin gördüyü və görəcəyi bütün işlərə dəstək olacam;

* Milli mənafeyimiz naminə əsrlərlə formalaşmış adət-ənənələrimizin, mənəvi və əxlaqi dəyərlərimizin qorunması istiqamətində mövqeyimi daha da möhkəmləndirəcəm;

* Azərbaycanın müstəqilliyinin, suverenliyinin və konstitutsion əsaslarının qorunması, ərazi bütövlüyünün bərpası işində hər zaman olduğu kimi Sizin və dövlətimizin yanında olacağam;

* Vətənpərvər və yenilməz dövlətçiliyimizə xidmət edən gənclərin sayının artmasına çalışacağam, gənclərimizin hərtərəfli inkişafı üçün ardıcıl səmərəli addımlar atacağam;

Bu seçkilərin özümüz və övladlarımız, xalqımız və dövlətimiz, hər birimiz üçün xeyirli, faydalı nəticələrini görmək istəyiriksə, gəlin seçkilərdə fəal olaq, ədalətli seçim edək!"
Tarix: 9-08-2024, 22:03
Xəbəri paylaş





Xəbər lenti