Azərbaycanda yeni siyasi birlik yaranır: Kimlər olacaq?

Azərbaycanda yeni siyasi birlik yaranır: Kimlər olacaq?


Azərbaycan siyasi meydanında yeni bir birlik yaranır. Bu birlikdə fəaliyyəti dayandırılan və parlament seçkilərində mandat sahibi ola bilməyən partıyalar birləşəcək.

Qaynarinfo xəbər verir ki, hazırda bununla bağlı həmin partiyaların rəhbərləri ilə danışıqlar aparılır. 

Danışıqlar nəticə verib, razılıq əldə olunsa, yeni birlik sentyabrın sonu, oktyabrın əvvəllərində elan olunacaq.

Bundan başqa yeni birliyə vətəndaş cəmiyyətinin üzvlərinin də dəvət alınacağı deyilir.



Birliyin idarə heyətində seçkilərdə mandat ala bilməyən narazı partiya sədrləri təmsil olunacaq. Birliyin ilk məqsədi qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etməkdir.

Bundan əlavə yeni birlik növbəti parlament seçkilərində də iştirak edəcək.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qurumun idarə heyətində Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verməyə və eyni zamanda partiyanın fəaliyyətini dayandırmağa hazırlaşan keçmiş baş nazir Pənah Hüseyn də təmsil olunacaq. 
Pənah Hüseyn Qaynarinfo-ya açıqlamasında bildirib ki, eyni  platformada duran, yaxın olan partiyaların təmərküzləşməsi və partiyaların funksional olaraq hansısa bloklarda müəyyən müttəfiqlik fəaliyyəti, seçki seçki islahatları ilə bağlı məsələlərdə birləşməsi zəruridir:

"Bu indiki vəziyyətə adekvat cavab tapmaq üçün maraqlı ssenarilərdən biridir. Amma bunlar müzakirə olunmalıdır. Mən bununla bağlı nüfuzlu şəxslər, eləcə də partiya sədləri ilə müzakirələr aparacam. Politoloji, sosioloji təhlillərə ehtiyac var. Bura sahənin mütəxəssisləri də cəlb olunmalıdır. Ciddi təhlillər aparılmalıdır".

Tarix: 5-09-2024, 21:47
Xəbəri paylaş





Xəbər lenti