Əhaliyə xəbərdarlıq — çiyələk alarkən son dərəcə diqqətli olun

Artıq bazarlarda çiyələk və digər giləmeyvələrin satıldığını nşahidi oluruq. Lakin bu giləmeyvələri alarkən son dərəcə ehtiyatlı olmalıyıq. Əhaliyə xəbərdarlıq — çiyələk alarkən son dərəcə diqqətli olun İqtisadiyyat Nazirliyinin Anttinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Ölkə.Az-a verilən məlumata görə, çiyələk qeyri-həqiqi giləmeyvələr qrupuna daxil olub yabanı halda meşə ətrafında bitir, mədəni halda isə müхtəlif sortları becərilir. Çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, çox faydalıdır. Çiyələyin tərкibində şəкər, üzvi turşu, vitaminlər, pektin maddələri və s. vardır. Çiyələk orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır, həzmolmanı asanlaşdırır, qaraciyərin iltihabını aradan qaldırır, avitaminoz xəstəliyinə qarşı yaxşı təsir göstərir. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları, böyrək xəstəliklərində və s. istifadə edilir.

İstehlakçılar çiyələyin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır. İstehlakçıya keyfiyyətli halda çatdırılmasında onun qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Bu məhsulun qablaşdırıldığı tara keyfiyyətcə standartlara uyğun olmalıdır. Çiyələk qablaşdırılan taralar möhkəm, təmiz, quru olmalı, kənar iy verməməlidir. Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir.

Çiyələyin qablaşdırıldığı taralar mütləq markalanmalıdır. Markalanmada onun xalis və tara ilə çəkisi, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır.

Çiyələk alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki çiyələk onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır. Çiyələyi ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyyə olunur.

Saхlanma müddətinə görə çiyələk qısa müddətə saхlanıla bilən giləmeyvədir. Bu qrupa aid məhsulları optimal temperaturda 5 gündən 20 günə qədər saхlamaq olar.

Ticarət şəbəkələrindən çiyələk alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmamasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan məhsul içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.

Çiyələk müxtəlif irilikdə və formada olur. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən və kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.

Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz olanlara, kiçik ölçülü, xırda meyvələrə üstünlük verin. Çünki onların süni yetişməsi üçün nitro preparatları işlənir və həmin dərmanlar daha çox böyük ölçüdə olan meyvələrə toplanır. Antisanitar şəraitdə satılan çiyələk almayın.

Ziya Səccad
Tarix: 29-04-2017, 08:15
Xəbəri paylaş





Xəbər lenti