Bəzən yemək yeyərək də arıqlamaq olar. Əlavə çəkidən azad olmağın bəzi yollarına nəzər salaq.Xalis ətUnikal.org bildirir ki, ət insanı kökəldər, ancaq hansı ət? Yağlı olan qırmızı ət. Ancaq toyuq və balıq insanı kökəltməz. Çünki tərkibindəki protein və yağlılıq azdır. Əgər protein mötədil şəkildə qəbul edirlərsə, bədəndə olan maddələr mübadiləsi sürətlənər. Bunu qeyd etmək lazımdır ki, insan nə qədər protein qəbul edərsə, daha çox kalori yandırar.
Balıq əti əlavə çəkidən azad olmaq üçün münasib qidadır. Balığın tərkibində Omeqa-3 yağları olduğu üçün insanı kökəltməz. Yağlar o zaman bədəndə toplanar ki, leptin hormonun fəaliyyəti güclənər. Bu zaman yağlar toxumalarda toplanıb, saxlanılar. İnsan da uzun zaman toxluq hissi keçirər. Ona görə də toyuq və balıq əti sizin arıqlamağınıza yardım edə bilər. Qırmızı əti ən az şəkildə istifadə etməyə çalışın.
Zeytun yağıYeməklərinizdə istifadə etdiyiniz yağı zeytun yağı ilə dəyişin. Bu yağ iştahanı azaldar və xolesterinin artması ilə mübarizə aparar. Zeytun yağı bədənin yağlılığını aşağı salar.
ÇiyələkÇiyələk arıqlamağınıza yardım edə bilər. Zoğal da bu cür meyvələrdəndir.
LobyaNoxud, lobya, soya, mərci sizə uzun zaman toxluq verər və protein mənbəyidir.
YumurtaYumurtanın tərkibində də protein olduğu üçün maddələr mübadiləsini sürətləndirər. Əlbəttə yumurta yeyən zaman ifrat etmək olmaz. Çünki qandakı xolesterini qaldıra bilir. Yumurtanın sarısı xolesterini qaldırar, ancaq ağı protein mənbəyi olduğu üçün təhlükəli deyildir.
Az yağlı süd məhsullarıO insanlar ki, gün ərzində az yağlı süd məhsullarından istifadə edirlər, süd məhsulları yeməyənlərdən daha az çəkiyə malikdirlər.
Bu qaydanı da yaddan çıxartmayaq:
Az iştaha=az yemək =az çəki.Əgər sağlam qidalanmağı bacarsanız, bədəniniz də sağlam olar. Çalışın ki, çətin pəhriz saxlamayasınız. Çünki çəkinizi azaltdığı kimi, az bir müddətdə onun iki qatını artıra da bilir. Eyni zamanda saçlarınızın tökülməsinə, dərinizin sallanmasına səbəb olar. Çalışın ki, yemək menyunuzda həm meyvə, həm tərəvəz və həm də protein olsun. Ancaq mötədil ölçüdə, ifrat etmədən.
Tarix: 1-05-2017, 08:31