“Xidmətə yararsız”lara bəd xəbər

 “Xidmətə yararsız”lara bəd xəbər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürülüb

Bununla bağlı artıq nazirlikdə xüsusi komissiya yaradılıb. Bildirilir ki, “xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyəti qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaqlar.

Hərbi jurnalist Ramil Məmmədli Metbuat.az-a açıqlamasında bu cür halların aşkarlandığı şəxslərin cərimələnməsini təklif edib.

Onun sözlərinə görə, baş verən neqativ halların araşdırılması çox düzgün qərardır:

“Həqiqi hərbi xidmətə çağırışla bağlı qaydalardan biri də tibbi müayinədir. Tibbi müayinə hərbi xidmətə çağırılan şəxsin həkim müayinəsindən keçməsidir. Səfərbərlik Xidməti çağırışçılarının həqiqi hərbi xidmətə çağırışını tənzimləyən, onu həyata keçirən bir qurumdur. Bu qurumun daxilində tibbi komissiya var. Tibbi komissiya çağırışçıların sağlamlığı ilə bağlı vəziyyəti araşdırır, qərar verir, sonra isə həmin şəxs həqiqi hərbi xidmətə gedir. Əvvəllər sağlamlığı yerində olan, lakin səhhətində hər hansı bir problemi olduğu göstərilən şəxslərə saxta sənədlər hazırlanırdı. Komissiyalar bu cür qeyri-qanuni qərarlar verirdi. Lakin Səfərbərlik Xidməti yaranandan sonra bu problemlər həllini tapdı. Artıq hərbi xidmətə çağırış prosesi şəffaf şəkildə həyata keçirilir.

Əlbəttə, bəzi şəxslərin həqiqətən də sağlamlığında problem olduğuna görə, onlara möhlət hüququ verilib. Amma Səfərbərlik Xidməti yaranana qədər baş verən neqativ halların araşdırılması çox düzgün qərardır. Hesab edirəm ki, Müdafiə Nazirliyi və Səfərbərlik Xidməti bu məsələdə birgə fəaliyyət göstərir. Bu gün sağlamlıqları yerində olmasına baxmayaraq, hərbi xidmətdən yayınan vətəndaşlarımız var. Hətta yaşı 40-45-ə çatan belə şəxslər çoxdur. Mənim isə təklifim ondan ibarətdir ki, həmin şəxslər cərimə olunsunlar”.

Siam.az
Tarix: 5-05-2017, 15:24
Xəbəri paylaş





Xəbər lenti