Uşaqlarınızı erkən yaşlardan bədbəxt etmək istəmirsizsə, bunu əsla etməyin

Uşaqlarınızı erkən yaşlardan bədbəxt etmək istəmirsizsə, bunu əsla etməyin Görün smartfonlar, planşetlər sizin uşaqlarınıza nə edir

Kanadalı tədqiqatçılar vacib bir kəşfə imza atıblar. Onlar sübut ediblər ki, mobil telefonlar, smartfonlar və planşetlər müasir insanların həyatının vazkeçilməz bir hissəsi olsa da, balaca uşaqlarda nitqin inkişafına çox neqativ təsir göstərir. CNN telekanalının müxbirləri xəbər verirlər ki, Toronto Universitetinin tədqiqatçıları 1,5-2 yaş kateqoriyasına daxil olan 900 uşağın iştirakı ilə tədqiqat aparıblar. Alimlər balacaları davamlı müşahidə edərək onların müasir gadgetlərlə nə qədər vaxt keçirməsi ilə nitqlərinin nə qədər inkişaf etməsi arasında paralel aparıblar. Mütəxəssislər tədqiqat zamanı ona da fikir veriblər ki, görsünlər, balaca könüllülər ünsiyyət zamanı qısa ifadələr və ayrı-ayrı sözlər deyirlər, yoxsa təkcə səslər çıxarmaqla kifayətlənirlər. Uşaqlarınızı erkən yaşlardan bədbəxt etmək istəmirsizsə, bunu əsla etməyin
Toplanmış məlumatları analiz edərək bu qənaətə gəliblər ki, uşaqların gün ərzində mobil vasitələr qarşısında keçirdikləri hər yarım saat onların nitqinin inkişafının zəifləməsinə şans yaradır. Tədqiqat müəllifləri izah ediblər ki, hələlik müasir gadgetlərin zərərləri axıra qədər öyrənilməyib. Toplanmış informasiyaların analizləri zamanı müəyyən etmək mümkün olmayıb ki, uşaqları gadgetlərə onların gənc və təcrübəsiz valideynləri öyrədib, yoxsa dayələri. Alimlər mobil vasitələrin balacaların nitqinin inkişafına və davranışlarına təsirinin tibbi əsaslarını hələlik öyrənməyiblər. Lakin gənc valideynlərə məsləhət görürlər ki, uşaqlarını erkən yaşlardan bədbəxt etmək istəmirlərsə, onları müasir gadgetlərdən uzaq tutsunlar. "Uşaqların saatlarla torpaqla, qumla, mexaniki oyuncaqlarla oynaması, qaçması, əylənməsi onların sağlamlığına və beyninin inkişafına ancaq müsbət təsir göstərəcək. Lakin bu fonda 30 dəqiqə gadgetlərlə oynamaları, onların sağlamlığı üçün ciddi əngəldir" — deyə torontolu mütəxəssis bildirib.(Sputnik)
Tarix: 7-05-2017, 14:00
Xəbəri paylaş





Xəbər lenti