`Binəqədi Oil` kasıbın evini BAŞINA UÇURUR... - AXI NİYƏ?!


“Binəqədi Oil Kompani” şirkəti kasıb evini yıxır. Tribunainfo.az xəbər verir ki, bu məqsədlə şirkət Bakı Apelyasiya Məhkəməsində iddia qaldırıb. İyunun 21-də işə hakim Elnur Həsənov sədrlik edib. Vətəndaş Alışov Alış Əzizulla oğlunun tikintisi qanunsuz elan edilib.
Son illər Binəqədi rayonu ərazisində kasıb-kusubun evini yıxmaqla məşul olan bu şirkət yüzlərlə ailənin qarğış obyektinə çevrilib.
Əsasən Sulutəpə və Xocəsən qəsəbələri ərazisində sadə insanların min bir əziyyətlə tikdikləri sənədsiz evləri uçuran “Binəqədi Oil Company” şirkəti Azərbaycan vətəndaşları ilə düşmən ölkənin sakinləri kimi davranır.
“Binəqədi Oil Company” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azen Oil Kompani Bi.Vi.” şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış Binəqədi blokunun işlənməsi və bərpası ilə bağlı Saziş üzrə “Azneft” İB və “Binəqədineft” NQÇİ-nin bazasında 01 sentyabr 2005-ci il tarixdə yaradılıb. Kontrakt zonasına 8 yataq daxildir (Binəqədi, Qirməki, Sulutəpə, Şabandağ, Çaxnaqlar, Masazır, Fatmayı yatağının Sianşor və Məhəmmədəli sahələri).

Binəqədi rayonuna daxil olan neft yataqları şosse və dəmir yolları ilə birləşərək Bakı şəhərindən 9 km şimal-şərqdə Abşeron yarımadasının mərkəzi hissəsində yerləşir.
Tarix: 22-06-2023, 13:39
Xəbəri paylaş





Xəbər lenti