Azneft İB Neft Daşlarının 3cü mədənindən işçilər yazır: Gələn ay acından qırılaxmı?

Azneft İB  Neft Daşlarının 3cü mədənindən işçilər yazır:  Gələn ay acından qırılaxmı?
SOCAR Azneft İB Neft Daşlarının 3cü mədənindən işçilər yazır:
-Salam. Biz artığ avqustun 24 -dən dəyişə bilmiriy smeni. Dünən bugünə 1.5-2.0 metr dalğa veribdilər, amma dəyişmədilər. Gəmilər işləmədi. Nə edək? Gələn ay acından qırılaxmı? Sabah o birisigün 2.5 m. olacax dalğa. Qaldıx gələn aya. Oda dəyişsələr. Bu yekə gəmini də vermirlərki dəyişəh. Hələ otpuskaya gedən işçilərə də deyiflər ki, əgər qalsaz işdə sizə gün yazılmayacax. Çünki əmr gəlif artıq. Elə şeymi olar? İşdə olasan gün yazmasınnar??. Gülməlidi vallah. Digər idarələrdə olduğu kimi qrafiki sərbəs dəyişsəydilər, bizdə gün ağlıyardıx. Sağolun.
Qeyd: +mən şikayəti olduğu kimi köçürdüm.Siz isə hesablayın,fikirləşin ölkənin Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin müvafiq qərarlarının hansı maddələri pozulub və buna hansı məsul şəxslər(şəxs) cavabdehdir.
Mirvari Gahramanli
TEREF
Tarix: 31-08-2024, 09:33
Xəbəri paylaş





Xəbər lenti