2017-ci ilin ilk azərbaycanlısı Astarada anadan olub

2017-ci ilin ilk azərbaycanlısı Astarada anadan olub Astarada 2017-ci ilin ilk uşağı dünyaya gəlib.

Rayonun Miki kənd sakini, 1998-ci il təvəllüdlü Fərqanə Fərman qızı Mürsəlova saat 00.05 radələrində Astara Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində özünün ilk övladı olan qız uşağını dünyaya gətirib. Təbii yolla doğulan körpənin çəkisi 4 kiloqramdır.

Ananın və uşağın vəziyyəti normaldır.
(APA)
Tarix: 1-01-2017, 09:58
Xəbəri paylaş





Xəbər lenti