Çinin ən müasir nüvə sualtı qayığı batıb – Pentaqon fotoşəkillər yaydı


Çinin ən yeni nüvə sualtı qayığı bir neçə ay əvvəl batıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Pentaqonun yüksək vəzifəli rəsmisi “Wall Street Journal”-a bildirib.
Peyk görüntülərinə görə, yeni sualtı qayıq mayın sonunda Wuhan gəmiqayırma zavodunda görünüb. İyunun əvvəlində peykdən çəkilən fotoşəkillərdə qayığın batdığı yerə böyük üzən kranların gəldiyi görünür. Qayığın göyərtəsində nüvə yanacağının olub-olmadığı məlum deyil.

Çin insident barədə məlumat verməyib və Amerika rəsmilərinin fikrincə, hadisəni ört-basdır etməyə çalışır. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü hadisədən xəbərsiz olduğunu və heç bir məlumat verə bilməyəcəyini bildirib.
Wuhan yaxınlığında üzən kranları görən ekspert Tomas Şuqartın sözlərinə görə, sualtı qayığın dənizdən çıxarılması üçün hələ çox aylar çəkəcək.
Pentaqonun hesabatında deyilir ki, 2022-ci ilə kimi Çində on iki nüvə və 48 dizel sualtı qayığı var. Amerika rəsmiləri hesab edir ki, Çin regionda “dəniz üstünlüyünə” nail olmaq və münaqişə vəziyyətində ABŞ və tərəfdaşlarının Tayvana kömək etmək cəhdlərinin qarşısını almaq üçün silahlarını modernləşdirir.
Tarix: Dünən, 17:26
Xəbəri paylaş





Xəbər lenti