Oskar Boqopolskiyin rəhbərlik etdiyi restoranlar şəbəkəsinin adı ilə ölkədən nə qədər valyuta çıxardıb?


Azərbaycan Mərkəzi Bankı (AMB) və “McDonald’s” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında məhkəmə çəkişməsi davam edir.

XALQ.AZ bildirir ki, AMB-nin QSC barəsində tərtib etdiyi protokolla bağlı sentyabrın 24-də Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bəzi məlumatlar dəqiqləşdirilib. Növbəti iclas oktyabrın 3-də keçiriləcək. Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Məlumata görə  “McDonald’s” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və İdarə Heyətinin sədri Oskar Boqopolskiy Vadimoviçdir. O, İdarə Heyətinin sədri vəzifəsinə 2020-ci ildə təyin olunub. 1999-cu ildən Azərbaycan bazarına daxil olan fast-food restoranları şəbəksi “McDonald”ın Azərbaycandakı törəmə şirkəti “McDonald’s Azərbaycan” QSC-nin nizamnamə kapitalı 2 845 000 AZN-dir.Tribunainfo.az
Tarix: Bu gün, 08:38
Xəbəri paylaş





Xəbər lenti