ZARAFATYANA: Bu bizik- azərbaycanlılar

ZARAFATYANA: Bu bizik- azərbaycanlılar Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bəs azərbaycanlıları birləşdirən ümumi cəhətlər nədir?

⊕ Qəzetlərdəki şəkillərə mütləq saqqal, bığ və eynək çəkmək;
⊕ Maşını yolun ortasında saxlayıb dükana getmək;
⊕ Küçədə məşhur bir adamı görəndə yanından heç tanımadığı kimi keçib, sonra isə arxasına dönüb yanındakı insana "Bax, bax... Tanıdın?" demək;
⊕ Toyda müğənni ilə şəkil cəkdirib, sonra bu şəkli qohum-əqrabaya göstərib guya onunla çoxtan tanış olduğunu söyləmək;
⊕ İşıqforda yaşıl işıq yanan kimi siqnala basmaq;
⊕ Qar yağanda evə çoxlu çörək almaq;
⊕ İşıq sönəndə əvvəl “Barmek”i yada salmaq;
⊕ Evləndikdən sonra subaylara "Düz eləyirsən evlənmirsən" demək;
⊕ Maşınla gedəndə tanış adam görən kimi maşını zarafatyana üstünə sürmək və signal vermək;
⊕ Tək olanda “Torqovi”dan ciddi üz ifadəsiylə tez-tez keçərək, “işim var” görüntüsü yaratmaq;
⊕ “Talkuçka”dan aldığı bütün malların guya firma mağazadan aldığını demək;
⊕ Mobil telefon dükanlarında saatlarla vitrinin qabağında durmaq;
⊕ Darıxanda telefonun bütün zənglərini dalbadal çalmaq;
⊕ Marşrut avtobusunda olarkən telefon zənginə "5 dəqiqə sonra ordayam"demək;
⊕ İş axtaran insana mütləq "Dil bilirsən?" soruşmaq;
⊕ Küçədə uşaqlar maşını yuyanda əli cibində durub intellektual üz ifadəsiylə nəzarət etmək;
⊕ Təzə salınmış asfaltda mütləq ayaq izi qoymaq;


Təbii ki, bütün bunlar bayram zarafatıdır. Dünyanın 50 milyonluq milləti olmağımızla hər birimiz fəxr edirik.

Tarix: 1-01-2017, 11:20
Xəbəri paylaş





Xəbər lenti