Şəhid anasının şikayətini Gəncə İnzibati-İqtisad Məhkəməsi təmin etmədi.

Şəhid anasının şikayətini Gəncə İnzibati-İqtisad Məhkəməsi təmin etmədi. Bərdə rayonunun Mustafaağalı kənd sakini, şəhid anası Əsli Muradova hüquqlarının müdafiəsi, haqqının özünə qaytarılması yolunda sona qədər getmək niyyətindədir. Təbii ki, o bu yolda mübarizə apararkən qanunlara arxalanacaq, konstitutsiyon hüquqlarından istifadə etməyə çalışacaq.

Oxuculara bildiririk ki, Ə. Muradovanın oğlu Mübariz Muradov 1995- ci ilin 27 dekabrında ön cəbhədə- Murovdağ bölgəsində həlak olub. Hərbi hissənin verdiyi arayışda Muradov Mübariz Heydər oğlunun Azərbaycan Respublikasının Müdafiəsində Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub-deyə şəhidin ailəsinə məlumat verilib. Bərdə RİH, Bərdə rayon ƏSMM-i şəhid adı və şəhid ailəsi statusunu rəsmən təsdiq ediblər. 2008-ci ildən isə Bərdə ƏSMM-i statusu təsdiq etməkdən ötrü yenidən düşünməli olublar. Hərbi komissarlıqdan şəhidliyi təsdiq edən arayış tələb ediblər. Bunu ala bilməyən ana şəhid təqaüdünün dayandırıldığını düşünüb. 2014- cü ildə isə yenidən ona Bərdə ƏSMM-dən məktub gəlib ki, oğlunun şəhid olması barədə arayış təqdim elə. Və məlum olub ki, 2008-ci ildən sonra həmin vəsait, şəhid təqaüdü Ə. Muradovanın adından alınıb. ƏƏSMN-nin "Kapitalbank" bankomatlarından götürülən təsvirlər əsasında şəhid təqaüdünün Ə. Muradovanın deyil başqalarının götürdüyünü müəyyən etsə də, sonda Bərdə ƏSMM-nin müdiri Raqub Məmtiyev məsələnin məhkəmədə araşdırılmasına qərar verib. Alınan pulların geri qaytarılmasıyla bağlı şəhid anası Əsli Muradovaya qarşı Bərdə məhkəməsinə iddia ərizəsiylə müraciət edib.11 noyabr 2016-cı il tarixində Ə.Sarıyevin sədrliyi ilə keçən məhkəmə iclasında Ə. Muradovanın həqiqətəndə deyilən pulları almadığı müəyyən edildiyindən Bərdə ƏSMM-nin iddiası təmin edilməyib. İş üzrə dövlət vəsaitinin mənimsənilməsi faktı müəyyən edildiyindən məsələylə bağlı Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırmaların aparılması qərara alınıb.Korrupsiya idarəsində isə məsələnin araşdırılması barədə indiyənə qədər də hər hansı tədbir görülməyib.

Şəhid anası hesab edir ki, ƏƏSMN-nin şəxsində bir çox məsələlərə görə qanunsuzluqlara yol verilibdir ki, buna görə də cavab verilməlidir. Həlak olan əsgərə şəhid adı və onun ailəsinə şəhid ailəsi statusu bir dəfə verildiyi halda adı çəkilən nazirliyin yerli qurumundan bunun ikinci dəfə tələb edilməsi hansı qanunla tənzimlənir. Yaxud da illərdən bəri Əsli Muradovanın həyatını olmazın acılarıyla zəhərləmək, xirtdəyinə qədər korrupsiya palçığına batan biriləri tərəfindən, onun olan statusunu niyə tanımasınlar ki?
Kaş ki Bərdə rayon məhkəməsinin hakimi Əhməd Sarıyevin ədalətindən Gəncə İnzibati İqtisad və Gəncə Apelyasiya məhkəmələrinin hakimlərində də olaydı.Şəhid anasına lazımi köməklik göstərmək, ədaləti bərpa etmək əvəzinə aylarla oyun çıxarıb, sonunda da bir tarix bəhanəsiylə şikayəti təmin etməyiblər.
11 noyabr 2016-cı il Bərdə rayon məhkəməsinin illərlə Bərdə ƏSMM-də alınan pulların, şəhid təqaüdünün Əsli Muradovanın almadığı barədə çıxardığı qətnamədən sonra Gəncə İnzibati İqtisad məhkəməsinə yazılan şikayətə 25 dekabrda Svetlana İsmayılova adlı hakim məktubla cavab veribdi ki, iddia ərizəsi düzgün tərtib olunmayıb.Gərək Siz DSMF-nin Bərdə rayon şöbəsinə müraciət edəydiniz,imtina aldığınız halda məhkəmə işə baxa bilərdi.29.12.2016-cı ilədək əlavə dəlil və sübutlar olarsa məhkəməyə təqdim olunması tövsiyyə edilib.Şəhid anası Əsli Muradova da 18 iyulda Bərdə DSMF-yə müraciət etdiyini lakin ona cavab verilmədiyinə görə , bu hərəkətsizliyə baxılması üçün təkrar məhkəməyə məktub göndərib.Gözü yolda, qulağıda səsdə olubdu ki, Gəncə İnzibati- İqtisad məhkəməsinə çağırıb ərizəsinə baxacaqlar.Yanvar ayı başa çatıb, çağırmayıblar. Anada güman edib ki, yanvarda bayramlar, filan, yəqin iş günləri az olduğundan məhkəmənin işə baxmağa vaxtı olmayıb. Fevralın sonunda məhkəmədə ki, qanuni nümayəndəsindən soruşubdu ki, - Ay Xəqani müəllim bu məhkəmə nə oldu bəs! Bizim şikayətimizə niyə baxmadılar, görəsən?- Xəqani müəllim Gəncə İnzibati İqtisad Məhkəməsindən sorğu eliyində, bildiriblər ki,hakim R.Z.Mamedovun sədrliyilə 29.12.2016-cı ildə işə baxılıb, şikayət təmin edilməyib, qətnaməsidə poçtla şikayətçiyə göndərilib.Bərdə poçtunda isə məktubun Bərdəyə gəlmədiyi bildirilib.Xəqani müəllimin məhkəmənin katibliyindən israrlı tələbindən sonra məlum olub ki, sən demə bunlar Ə. Muradovaya 29.12.2016-cı il məhkəməsinin qətnaməsini ümumiyyətlə göndərməyiblər.Katiblikdən qətnamənin surəti bundan sonra şikayətçinin qanuni nümayəndəsinə verilib.Haqlı,haqsız çıxarılan bir qətnamənin ünvanına göndərilməsi bu qədər çətin və ağır proseslə həyata keçib.Həmin qətnamədə də ki, qəbzin tarixi, ya Əsli Muradovanın DSMF-nin Bərdə şöbəsinə yazdığı məktubun tarixindən bir kəlmədə danışılmır.Bildirilmir ki, qətnamə məhz bu səbəbdən belə qəbul edilmişdir.
Gəncə İnzibati-İqtisad Məhkəməsinin qətnaməsini Əsli Muradova növbəti haqsızlıq hesab edərək, ikinci məhkəmə instansiyasına , Gəncə Apelyasiya Məhkəməsinə qətnamənin ləğvi və işə yenidən baxılması xahişilə müraciət edib.27.03.2017-ci il tarixdə məhkəmədən Gülnar xanım şikayətçi tərəfə telefon açaraq saat 12-də onların şikayəti əsasında məhkəmə iclasının keçiriləcəyini bildirib. Soruşandakı qabaqcadan niyə məlumat verilməyib.Belə təcili.İndi biz nə edək? Gülnar xanım iclasın vaxtı barədə məktub göndərdiklərini-" Bərdə poçtu o qədər "operativ" işləyir ki, gətirib hələ Sizə məktubu verməyib"-deməklə günahı üstündən atıb, başqasının qoynuna qoyub. Ondan sonra göndərmişik dedikləri məktub hələdə ünvanına çatmayıb.Əlqərəz bu məhkəmədədə fırlatmaqla işə baxıb,işlərini gördülər.
Çıxartdıqları qətnaməni Əsli Muradovaya göndəribdilər.Hakim Şəfiqə Əliyevanın sədrliyilə,hakimlər Rəhman Muradov və Rəşid Məhərrəmlinin iştirakı ilə hal üzrə aydınlaşdırılıb ki, Əsli Muradovanın DSMF- nin Bərdə şöbəsinin hərəkətsizliyindən şikayətini təmin etmək üçün təqdim etdiyi sübutlar yetərli deyil.Poçt qəbzində göstərilən tarix 18 iyul olduğu halda, O məktubu 19 iyulda imzalayıb.Sonradakı göndərilən məktubun xəbərnaməsi yoxdur. Həqiqətdə də deyək ki, belədir.Bəs bu 18 iyulda Əsli Muradovanın DSMF-yə göndərdiyi nə məktubdur.Bunu aydınlaşdırmaq üç hakim üçün o qədərmi çətin olub? Qoy bu barədə oxucularımız düşünsün!
Şəhid anası Əsli Muradova 03.04.2017-ci il tarixində 18 iyul 2016-cı ildə yazdığı eyni məzmunlu məktubu yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bərdə rayon şöbəsinin müdiri Raqub Məmtiyevə ünvanlayıb.Vətəndaşların müraciətlərinə baxılması haqqında qanunda vətəndaşların ərizə və şikayətlərinə cavab verməmək qəti qadağandır.Ən geci 15 gün ərzində müraciət edən vətəndaşa cavab verilməlidir.
DSMF-nin müdiri R. Məmtiyev məhkəmənin qətnaməsindən sonra tam arxayınlaşıb.Şəhid ailəsindən məktubun taleyilə maraqlananda daha nə istəyirsiniz, məhkəmə qərar çıxardıda.Yəni biz haqlıyıq- demək istəyib.Bunu deyəndədə özlərinin fırıldağını necə ki, şəhid anasının üstünə atmaq istəyirdilər, Ə. Muradovanı pulu almısan, qaytarmalısan!-deyib, kobudluq edirdilər Ondakı kimi şəhid anasına necə laqeyd yanaşırdılarsa yenədə eləcə, həminki kimi bu ailəni soyuq baxışla, zəhlətökən adam kimi nəzərdən keçirib, başlarından eliyirlər.

Bərdə DSMF-dən hələdə Ə.Muradovanın müraciətinə cavab verilməyib.

Siam.az
Tarix: 24-04-2017, 15:45
Xəbəri paylaş





Xəbər lenti